Slimfit
  1. İQTİSADİYYAT

Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib

Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib
Sakura

Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə…

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub.

Trend-in məlumatına görə, Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq zavodun açılış mərasimində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim, ATÜB-ün direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Aliyev, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, “BelAZ” Avtomobil zavodunun baş direktoru Pyotr Parxomçik, “Amkodor” şirkətinin baş direktoru Valeri İvankoviç, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumat verilib ki, layihə üçün güzəştli şərtlərlə torpaq sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edir. Bu vaxta qədər görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli və Belarusun Baş nazirinin müavini İqor Lyaşenko KİV nümayəndələri qarşısında çıxış edərək zavodun istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın xoş təcəssümüdür. Böyük perspektivi olan bu müəssisənin tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb. Əminliklə ifadə olunub ki, istifadəyə verilən zavod rentabelli fəaliyyəti ilə özünü doğruldacaq.

Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib.

 

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər, o cümlədən maşınqayırma sahəsindəki uğurlar barədə geniş məlumat verib. Bildirib ki, 2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda yeni yığım xətləri quraşdırılıb və 2007-ci ilin martın 27-də ilk “Belarus 80.1” model traktoru konveyerdən çıxıb.

Bununla yanaşı, 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 3000-ə yaxın “MAZ” avtomobili istehsal olunub. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir.

Bildirilib ki, Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda mehriban qonşuluq və səmərəli əməkdaşlıq siyasəti yürüdür. Ölkəmiz həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibətlər modeli ortaya çıxarıb.

Qeyd edək ki, aprelin 16-da Ankara şəhərində Türkiyə-Belarus Biznes Forumu təşkil olunacaq. Forumda çərçivəsində gələcəkdə istehsal olunacaq 1221.4 və 1523 modelli “Belarus” traktorlarının təqdimatı da olacaq. Azərbaycan nümayəndə heyəti təqdimatda iştirak edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR