Slimfit
  1. CƏMİYYƏT

"Gəncə avtomobil zavodu" İB-nin Türkiyə nümayəndəliyinin rəhbərliyində dəyişiklik olub

"Gəncə avtomobil zavodu" İB-nin Türkiyə nümayəndəliyinin rəhbərliyində dəyişiklik olub
Sakura

"Gəncə avtomobil zavodu" İB-nin Türkiyə nümayəndəliyinin rəhbərliyində dəyişiklik olub

 

"Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Türkiyə Respublikasında fəaliyyət göstərən nümayəndəliyin rəhbərliyində dəyişiklik baş verib.

Trend-in məlumatına görə, bunu birliyin mətbuat xidməti müşahidə şurasının sədri Xanlar Fətiyev deyib.

X.Fətiyevin sözlərinə əsasən, ölkə başçısı cənab İlham Əliyevin apardığı inqilabi islahatlara dəstək olaraq "Gəncə avtomobil zavodu" İB-nin rəhbərliyi də gənc və perspektivli, bacarıqlı, daim yeniliklər axtarmağa qadir gənclərin önə çəkilməsinə, onlara böyük etimad göstərilməsinə önəm verir. Bunu nəzərə alaraq Əhməd Əsəd oğlu Rəhimov "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Türkiyə Respublikasında fəaliyyət göstərən nümayəndəliyin rəhbəri təyin olunub.

"Müşahidə Şurası hesab edir ki, Əhməd Rəhimov gənc olmasına baxmayaraq çalışqanlığı ilə müasir gənclərə nümunə ola biləcək, savadlı bir kadrdır. Ümidvarıq ki, o Azərbaycan-Türkiyə əlaqələrinin qurulması və inkişaf etməsinə, eyni zamanda Azərbaycan tərəfi ilə bağlı bütün məsələlərin operativ həll edilməsinə yardımçı olacaq", - deyə Xanlar Fətiyev əlavə edib.

 

Məlumat üçün bildirək ki, Əhməd Əsəd oğlu Rəhimov 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsini bitirən Ə.Rəhimov hal hazırda ikinci təhsil olaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alır. Ailəlidir, 2 övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR