Dərc edildi: Baxış sayı: 415
Gənc taekvondoçumuz Rusiyada keçirilən beynəlxalq yarışda qızıl medal qazanıb
Rusiyada G1 kateqoriyalı beynəlxalq turnirə start verilib. Yarışda Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə Olimpiya komandası da dörd idmançı ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, baş məşqçi, Əməkdar məşqçi Məmməd Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun yetirmələri artıq yarışın ilk günündə hesablarına qızıl medal yazdırıblar.
Qırx beş kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
H.Həsənlinin digər komanda yoldaşları Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq) və Minayə Əkbərova (46 kq) isə sentyabrın 4-də mübarizəyə qoşulacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət