Slimfit
  1. MEDİA

Gənc startapçı və sahibkarlar üçün “Startup Bootcamp” keçirilib

Gənc startapçı və sahibkarlar üçün “Startup Bootcamp” keçirilib
Sakura

Gənc startapçı və sahibkarlar üçün “Startup Bootcamp” keçirilib

Gənc startapçı və sahibkarlar üçün “Startup Bootcamp” keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin Youth Inc. Sahibkarlıq proqramının təşkilatçılığı ilə 1-6 avqust tarixlərində Abşeron Olimpiya Kompleksində respublikanın müxtəlif regionundan olan 42 gəncin iştirakı ilə “Startup Bootcamp” layihəsi keçirilib.

Bootcamp-in məqsədi gənclərin startup və sahibkarlıq dünyasında öz yerlərini tutmalarına şərait yaratmaq, onların ideyalarının reallaşmasına, inkişafına dəstək olmaqdır.

Startup Bootcamp çərçivəsində iştirakçıların bu sahənin peşəkarları ilə görüşü, idman yarışları, təcrübəli təlimçilər tərəfindən keçirilən “Sahibkarlıq və innovasiya ekosistemində gənclər üçün imkanlar”, “Startup komandasının qurulması”, “İdeyadan Biznesə”, “Kommunikasiya bacarıqlarının inkişafı”, “Startup-ın hüquqi aspektləri”, “Sahibkarlar üçün ilkin marketinq anlayışı” və “Effektiv təqdimat bacarıqları” mövzularında təlimlər və əyləncə və müsabiqələr baş tutub.

Startup Bootcamp vasitəsilə gənclərin startup və innovasiya planlamasına yön verildi, onları maraqlandıra suallara cavab verildi, peşəkar mentorların və təlimçilərin təcrübəsindən faydalanaraq davamlı fəaliyyətin qurulması planlaşdırıldı. Həmçinin, layihədə fərqlənən iştirakçılar investisiya əldə etmək və mentorluq proqramından faydalanmaq üçün Youth Inc. Sahibkarlıq proqramının həyata keçirdiyi “Yeni Nəsil 3.0” layihəsinə yönləndirildilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR