Slimfit
  1. MƏDƏNİYYƏT

Gənc rəssamları dəstəkləmək üçün EY incəsənət sərgisi keçirib

Gənc rəssamları dəstəkləmək üçün EY incəsənət sərgisi keçirib
Sakura

Gənc rəssamları dəstəkləmək üçün EY incəsənət sərgisi keçirib

EY Azərbaycan şirkəti 13-25 yaş arası gənc Azərbaycanlı rəssamları dəstəkləmək məqsədilə Şirkətin 25 illik yubiley kampaniyası çərçivəsində “Duyğular” adlı incəsənət sərgisi keçirdi.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilmiş sərgidə 100-dən artıq qonaq, o cümlədən EY-ın müştəri şirkətlərinin işçiləri, EY Azərbaycan şirkətinin cari və keçmiş işçiləri iştirak etdi.

Təşəbbüsə rəhbərlik edən EY şirkətinin nümayəndəsi İnarə Axundova öz fikirləri ilə bölüşdü: “EY şirkətinin sosial məsuliyyəti fəaliyyət göstərdiyimiz ölkənin inkişafın töhfə vermək və insanlarla ünsiyyəti qurmaqdan ibarətdir. Artıq ikinci dəfədir ki, biz bu cür sərgi təşkil edərək Azərbaycanın istedadlı gənc rəssamlarını həvəsləndirir və dəstəkləyirik. Azərbaycanda 25 il fəaliyyət göstərən EY şirkəti hər zaman müxtəlif təşəbbüslər və səylər vasitəsilə yerli icmaları dəstəkləməyə çalışır”.

25 il əvvəl Bakıda öz ofisini təsis edərək EY şirkəti üzərinə Azərbaycanın və daha geniş regionun inkişaf etdirilməsi üzrə məsuliyyət götürmüşdür. Bu dövr ərzində EY regionda qabaqcıl peşəkar xidmətlər göstərən şirkətə çevrilmişdir. 25 il ərzində EY qlobal iqtisadiyyatın problemlərini həll etməkdə həm yerli, həm beynəlxalq şirkətlərə, eləcə də dövlət orqanlarına köməklik göstərmişdir.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR