Slimfit
  1. MARAQLI

Gənc müəllim atla kəndbəkənd gəzib məktəblilərə kitab payladı

Gənc müəllim atla kəndbəkənd gəzib məktəblilərə kitab payladı
Sakura

Gənc müəllim atla kəndbəkənd gəzib məktəblilərə kitab payladı

“Uşaqlar çox sevinirlər. Səbirsizliklə gözləyirlər ki, görəsən bu dəfə atlı  hansı kəndə gələcək? Biz də imkan daxilindəki kitabları ucqarlara çatdırmağa çalışırıq. Bu gün mənim gənc müəllim kimi borcumdur ki, onlara dəstək olum”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Lerik rayonun  Lərmərud kəndinin müəllimi Seymur İbrahimov deyib. O, atla kəndbəkənd gəzib uşaqlara kitab paylayır. Hazırda dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan müəllim bu fikrə necə gəldiyini açıqlayıb:

“Ucqar kəndlərdən birində kitab paylayan müəllim var idi. Gənc müəllim Həbib Əlizadə velosipedlə kəndbəkənd  gəzir, uşaqlara kitab paylayırdı. Halbuki, onlar gediləbilən yollar idi. Düşündüm ki, o kitab paylayırsa, niyə də ona dəstək olub bu fikri davam etdirməyək? Biz də nə velosiped, nə maşınla gedilməsi mümkün olmayan yerlərə atla gedərək bu fikri reallaşdırdıq. Oralara heç ən bahalı velosiped belə qalxa bilməzdi. Ona görə də bu ideyanı atla gerçəkləşdirdik. Fikirləşdim ki, niyə aşağı ərazilərdə yaşayan uşaqlara kitab çatsın, dağlardakılara isə yox? Bunu düşünərək layihəmi reallaşdırdım. Bu gün dəniz səviyyəsindən 1500 m yüksəklikdəyəm. Sabah da sübh açılan kimi gedib kitabları paylayacam”.

Onun sözlərinə görə burada uşaqlar oxumaq üçün saatlarla yol qət edirlər:

“Mən hələ heç kitab paylamamış əhali səbrsizlənir ki, kitab gələcək. Uşaqlar çox sevinirlər. Səbirsizliklə gözləyirlər ki, görəsən bu dəfə atlı hansı kəndə gələcək? Biz də imkan daxilindəki kitabları ucqarlara çatdırmağa çalışırıq.

Buralarda uşaqların oxumağa həvəsi daha çoxdur. Çətinlik, əziyyət görüblər. İstəyirlər ki, oxuyub özlərinə yer tutsunlar. Bəziləri oxumaq üçün qonşu kənddən gəlir, saatlarla yol qət edirlər. Bu uşaqların oxumağa ehtiyacı var. Biz bunu təmin etməliyik. Bu gün mənim gənc müəllim kimi borcumdur ki, onlara dəstək olum. Yaşlı deyiləm ki, alınmasın. Nə qədər gəncəm bundan istifadə etməli, uşaqlara tövhə  verməliyəm. Dağda mən, aranda Həbib Əlizadə...” 

Qeyd edək ki,  Seymur İbrahimov layihə çərçivəsində Lerikin Tikəband kəndindən başlayaraq ətraf altı kəndin uşaqlarına kitab paylayıb.

 

Dəstək olmaq istəyənlər Seymur İbrahimovla əlaqə saxlaya bilərlər.

Müəllif: Lamiyə Süleymanlı

Mənbə: Azedu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR