Slimfit
  1. SİYASƏT

Gənc diplomatlar hərəkat yaradıblar

Gənc diplomatlar hərəkat yaradıblar
Sakura

Gənc diplomatlar hərəkat yaradıblar

Xarici İşlər Nazirliyində “Diplomatiya könüllüləri” İctimai Hərəkatının təsis edilməsi ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov müxtəlif yerli ali təhsil ocaqlarının tələbələrindən ibarət könüllülər qrupunun yaradılması haqqında danışaraq, ölkə rəhbərinin gənclərə olan diqqətini vurğulayıb və “Diplomatiya könüllüləri”nin qarşıdan gələn irimiqyaslı və dövlət üçün əhəmiyyətli olan tədbirlərə cəlb ediləcəyini, gənc nəsillərə yeni təcrübə qazanmaq imkanının yaradılacağını qeyd edib. 

Öz şəxsi təcrübəsini gənclərlə bölüşən nazir müavini, “diplomatiya könüllüsü” adını daşıyan hər bir gəncə təhsilə yüksək önəm verməyi, Azərbaycan haqqında, ölkəmizin tarixi, beynəlxalq münasibətlər sistemində rolu, apardığı xarici siyasəti və s. haqqında məlumatlı olmağı tövsiyə edib. Vətənpərvər və bilikli gənclərin ölkənin gələcəyi olduğu vurğulayıb. 

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğı ilə yanaşdığını xüsusilə qeyd edib. O bildirib ki, dövlət başçısının yürütdüyü gənclər siyasəti “Könüllü fəaliyyət haqqında” qanunda öz təsdiqini tapıb. 

H.Hacıyev, gənclərə səslənərək könüllü kimi fəaliyyət göstərən hər bir gənci, həmçinin “könüllü səfir” adlandırıb və məhz bu gənclərin üzərinə ölkəni layiqincə təmsil etmək məsuliyyətinin düşdüyünü bildirib. H.Hacıyev dövlət rəhbərinin gənclərə müraciətinə istinad edərək vurğulayıb ki, vətənpərvərlik, dövlət ənənələrinə sadiqlik hər bir gəncin başlıca vəzifə borcudur. O, həmçinin gəncləri müasir dövrdə informasiya sahəsindəki yeniliklərdən xəbərdar olmağa səsləyib, müxtəlif sosial şəbəkələrdə fəal olmağa, Azərbaycan haqqında həqiqətləri yaymağa dəvət edib. H.Hacıyev eyni zamanda, dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilən müstəqil xarici siyasət və əldə edilən nailiyyətlər haqqında gəncləri məlumatlandırıb.

Daha sonra, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, “ADA” Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəlindən ibarət olan “Diplomatiya Könüllüləri”ni maraqlandırılan suallar Azərbaycan Respubikası Prezidenti Administrasiyası və XİN rəsmisi tərəfindən cavablandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR