Slimfit
  1. İDMAN

Gənc azərbaycanlı gimnast Gövhər İbrahimova həmişə birinci olmağı arzulayır

Gənc azərbaycanlı gimnast Gövhər İbrahimova həmişə birinci olmağı arzulayır
Sakura

Gənc azərbaycanlı gimnast Gövhər İbrahimova həmişə birinci olmağı arzulayır

25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2009-cu il təvəllüdlü gimnastlar arasında qızıl medal qazanan "Ocag Sport" idman klubunun təmsilçisi Gövhər İbrahimova çıxışından razı qalıb.

Gimnast Trend-ə deyib: "Çıxışımdan çox məmnunam və qızıl medala görə çox sevinirəm. Hər zaman birinci olmağı arzulayıram. Yarışlarda iştirak etmək çətin deyildi, Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir"

Gənc gimnastın sözlərinə görə, təkcə o, deyil, məşqçisi də nəticələrindən razı qalıb:

"Mükafatı qazandığım zaman məşqçi məni təriflədi və ağıllı olduğumu söylədi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, həmçinin Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Turnir avqustun 12-dək davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR