"Gənc Aqronomlar Məktəbi" layihəsi start götürüb
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə "Gənc Aqronomlar Məktəbi" layihəsi başlayıb. Azərbaycan Dövlət Aqrar Universitetinin Rektor köməkçisi Rufanə Əliyeva aqronomluq sahəsində peşəkarlığın artırılması və gələcəyin aqronomlarının perspektivlərindən danışıb. Layihə rəhbəri Valeh Əsədov çıxış edərək, gənclərin aqrar siyasətin uğurlu tətbiqindəki rolundan və aqronomların bu sahədəki addımlarından danışaraq dünyadakı innovativ metodları misal gətirmişdir.Daha sonra təlimçi Onur Yusubov “Aqrar sahəyə göstərilən dövlət qayğısı” mövzusunda interaktiv təlim keçib və iştirakçıların sualları peşəkar əsaslarla cavablandırılıb.Qeyd edək ki, müsahibə mərhələsindən keçərək "uğurlu iştirakçı" statusu qazanmış 40 gənc 4 gün müddətində müxtəlif mövzulu təlimlərə cəlb ediləcək.Layihənin növbəti mərhələsi çərçivəsində layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət