Slimfit
  1. MARAQLI

Gen mühəndisliyi ilə əldə olunmuş “ideal uşağa” sahib olmaq imkanı nə qədər təhlükəlidir?

Gen mühəndisliyi ilə əldə olunmuş “ideal uşağa” sahib olmaq imkanı nə qədər təhlükəlidir?
Sakura

Gen mühəndisliyi ilə əldə olunmuş “ideal uşağa” sahib olmaq imkanı nə qədər təhlükəlidir?

Anlamaq vacibdir ki, biz bu imkanın reallaşmasından çox uzağıq.

Həqiqətən insan genomu intensiv öyrənilir və hər il tədqiqatçılar DNT-dəki nukleotidlərin ardıcıllığının bizim sağlamlığımız, xarici görünüşümüz və hətta xarakterimizlə əlaqəli olduğu haqda çoxlu yeni informasiya əldə edirlər. Lakin bu hələ hamısı deyil. Müəyyən zülalı məhv edən, xəstəliyə səbəb olan müəyyən mutasiya ilə geni müəyyənləşdirmək nisbi olaraq asandır və işi ətraf mühitin təsiri ilə dəyişə bilən, bütöv gen şəbəkəsi və DNT sahələrinin nəzarətçilərinin təsiri altında olan çoxfaktorlu xəstəlikləri analiz etmək daha çətindir.

Davranış və xarakterlə bağlı məsələ daha qəlizdir. Bəli, beyin materialdır. Yeni sinapsların formalaşması sürəti və ya sinir hüceyrələrinin membranlarına asetilxolinli reseptorların hissiyyatlılığı kimi təbii bioloji faktorların insanların öyrənmək qabiliyyəti (nikotin asılılığının formalaşma ehtimalı) kimi individual fərqliliyinə təsir göstərir. Lakin biz ağır genetik pozğunluqdan danışmırıqsa, insanların psixikası əsasən onun inkişaf etdiyi şəraitdən asılıdır.

Hazırda ağır irsi xəstəliklərin doğulmasının qarşısını almağa imkan verən texnologiyalar mövcuddur. Kontraseptiyadan imtina etməzdən əvvəl gələcək valideynlərin genetik analizini etmək olar. Onlar hansısa xəstəliyin daşıyıcılarıdırsa, gen diaqnostikası vasitəsilə ekstrakorporal mayalanmanı nəzərdən keçirmək olar: bu prosedur ancaq hər iki valideyndən mutasiyanın irsən keçməyəcək və xəstəlikdən əziyyət çəkməyəcək embrionları uşaqlığa keçirməyə imkan verir. Lakin bu mümkün variantlardan seçimdir, gen mühəndisliyi deyil.

Bu yaxınlarda CRISPR texnologiyası yaranıb ki, o birbaşa canlı hüceyrələrdə genləri redaktə etməyə imkan verir. Onun tibb üçün böyük perspektibi var: məs, QİÇS xəstəliyindən tam qurtulmaq üçün. Nəzəri olaraq onun vasitəsilə insan embrionlarının genlərini redaktə etmək mümkün olacaq, lakin praktikada belə təcrübələr çox az aparılır və nəticələr heç də yaxşı deyil: genləri əlavə səhv olmadan tədqiqatçıların nəzərdə tutduğu kimi redaktə etmək mümkün olan embrionların faizi çox aşağıdır. Buna görə də texnologiyanın klinik praktikaya keçməsi üçün illər də deyil, onilliklər var.

Ümumi açıqlamadan sonra sualın cavabına keçək. Genom çox yaxşı öyrənildikdə, onun redaktə olunması tenxologiyaları isə yenidən işlənəndə uğurlu (sağlam, gözəl və bacarıqlı) gen kombinasiyalı uşaqlar əldə etmək mümkün olacaq. Lakin bəşəriyyətin həyatında bundan prinsipial olaraq heç nə dəyişməyəcək. Təbii seçmənin hesabına bizdə onsuz da möhtəşəm gen kombinasiyaları olur. Digər sual bizim onunla nə etməyimizdir. İstənilən ən yaxşı sağlamlığı qısa müddətdə fiziki fəaliyyətsizlik, siqaret çəkmək və qeyri-düzgün qidalanma ilə korlamaq olar. İstənilən ən yaxşı intellekt uşağa kitab almasaq və onu yaxşı məktəbə qoymasaq inkifaş etməyəcək. İdeal uşaqlar ideal valideynlərdən əldə edilir, ideal valideynlərin yaradılmasına isə gen mühəndisliyi hələ çatmayıb.

Müəllif: Asya Kazarçeva

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR