Slimfit
  1. AZƏRBAYCAN

Gəmi təmirçilərinə yubiley medalı təqdim olunub

Gəmi təmirçilərinə yubiley medalı təqdim olunub
Sakura

Gəmi təmirçilərinə yubiley medalı təqdim olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun  əməkdaşlarına medalların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ölkədə dəniz nəqliyyatı o cümlədən  gəmi təmiri və tikintisi sahələrinə göstərilən qayğıdan danışılıb. Qeyd olunub ki,  bu gün ASCO-nun gəmi təmiri potensialının gücləndirilməsi işi uğurla davam etdirilir. Zavodlar müasir avadanlıq və texnikalarla təchiz olunur. Güclü kadr potensialı yaradılıb.

ASCO-nun sədri Rauf Vəliyevin sərəncamına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən zavod əməkdaşlarına  medallar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR