Slimfit
  1. MARAQLI

Gəlirinizi 6 sübut olunmuş, real addımla iki qat artırın!

Gəlirinizi 6 sübut olunmuş, real addımla iki qat artırın!
Sakura

Gəlirinizi 6 sübut olunmuş, real addımla iki qat artırın!

İş həyatınızdakı uğurlar təsadüflərdən və ya talehinizdən doğmur. Bu nəticələr keçmişdə atdığınız bir addımla bağlıdır. Əgər aşağıdakılara hər gün davamlı şəkildə riayət etsəniz 6 aydan da qısa bir müddətdə gəlirlərinizi 2 dəfə artıracaqsınız.

1. Hər gün üçün məqsədlər qoyun.

Böyük xəyalları kiçik məqsədlərə böldüyünüz anda gerçəkləşdirə bilərsiniz. Nəhəng, qlobal bir şirkət düşünün. Şirkət necə idarə olunur? Onu tək bir departament idarə etmir deyilmi? Böyük xəyallarınızı da yalnız ardıcıl addımlarla reallaşdıracaqsınız. Hər günə başlayarkən, xəyalınız üçün bir addım atın. Keçin güzgünün qarşısına və gününüzü planlaşdırın.

2. Birinci öncəliklərinizdən başlayın.

Çətin işlər hər zaman daha yüksək nəticələr gətirir. Siz də çətindən başlayın. Vacib olanları seçin və onları bitirməmiş asan işlərə keçməyin. Bu sizin iradənizi də möhkəmləndirəcək, özünüzə inamınızı da artıracaq. Daha inadkar olacaqsınız.

3. İşləriniz üçün dəqiq bitmə tarixi qoyun və işlərinizi vaxtında bitirin.

Mən də işi son ana saxlayanlardanam təəssüf ki. Araşdırmalar göstərir ki, işin bitmə tarixinə yaxın müddət insanlar üçün ən məhsuldar tarix sayılır. İşinizə son tarix qoyduğunuz üçün ona tabe olmaq məcburiyyətində qalacaqsınız. Və bu sizin vaxtınızıidarə etmənizə də mükəmməl təsir edəcək.

4. Telefonu kənara atın.

Telefonlar vaxtımızı alan ən dəhşətli düşmənlərdir. Araşdırmalar göstərir ki, telefondan ən az istifadə etdiyiniz halda günün 5 saatını telefonla keçirirsiniz. Hələ çox istifadə edənləri demirəm.

5. Bir anda sadəcə bir iş

Siz bir anda bir neçə iş görməklə vaxt qazana bilərsiniz. Bu vacib olmayan işləriniz üçün sizə vaxt qazandıracaq. Amma vacib işləri heç bir halda başqa işlərə qatıb etmək doğru deyil. Yəni, iş keyfiyyətini itirəcək. İstirahət vaxtınız ayrı olsun, iş vaxtınız ayrı olsun. Gördüyünüz hər işdə şəxsi keyfiyyətinizlə iz buraxın. Sizdən sonrakılar sizin izinizi görsünlər.

6. 90 dəqiqə qanunu ilə işləyin.

Araşdırmalar göstərir ki, hər 90 dəqiqədə işləmək üçün ideal aralıqdır. Hər 90 dəqiqədən bir 20 dəqiqə istirahət edin və aradakı fərqi özünüz görəcəksiniz.

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR