Slimfit
  1. İQTİSADİYYAT

Gələn ilin sonuna qədər Azərbaycanda 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək

Gələn ilin sonuna qədər Azərbaycanda 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək
Sakura

Gələn ilin sonuna qədər Azərbaycanda 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək

Gələn ilin sonuna qədər "Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək. 

"Report"un məlumatına görə, bunu jurnalistlər üçün təşkil olunan təlimdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, həmin gəmilərlə 50 TIR tipli yük maşını, 44 yük vaqonu və 100 sərnişin daşımaq mümkün olacaq. 

X.Həsənki qeyd edib ki, son vaxtlar Azərbaycan ərazisi ilə TIR-ların hərəkəti azalıb: "Əvvəllər Türkiyə ilə Rusiya arasında problem olanda, yüklər Xəzər dəniz vasitəsilə daşınırdı, indi də bu iki ölkə arasında əlaqələr düzəlib deyə, ənənəvi marşrutlar bərpa olunub, bununla belə, bizim daşımalar hələ də var".

Bakı limanı rəsmisi həmçinin deyib ki, ötən ilin I yarısı ilə müqayisədə bu ilin I yarısında sərnişin daşınması 37% artıb. 

 

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR