Slimfit
  1. İQTİSADİYYAT

Gələn ilin dövlət büdcəsində güzəştli mənzillər üçün xərclər artırılır

Gələn ilin dövlət büdcəsində güzəştli mənzillər üçün xərclər artırılır
Sakura

Gələn ilin dövlət büdcəsində güzəştli mənzillər üçün xərclər artırılır

Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 12 mln. manat və ya 8% artılır. 

Report”un 2019-cu il dövlət büdcəsi zərfinə istinadən verdiyi xəbərə görə, gələn ilin dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 162 mln. manat xərc proqnozlaşdırılır.  

Qeyd edək ki, 2018-ci ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər 2017-ci illə müqayisədə dəyişməz qalaraq 150 mln. manat proqnozlaşdırılıb. 

Qeyd edək ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində isə əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR