Slimfit
  1. İQTİSADİYYAT

Gələn ildən POS-terminalların istifadəsindən imtina edən obyektlərə qarşı maliyyə sanksiyası tətbiq olunacaq

Gələn ildən POS-terminalların istifadəsindən imtina edən obyektlərə qarşı maliyyə sanksiyası tətbiq olunacaq
Sakura

Gələn ildən POS-terminalların istifadəsindən imtina edən obyektlərə qarşı maliyyə sanksiyası tətbiq…

Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini ehtiva edir.

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb: "Bu hal ilk dəfə baş verdikdə 1000 manat, ikinci dəfə olsa, 3000 manat, üçüncü və növbəti ildə isə olsa 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq".

Bundan başqa, dəyişikliklərə əsasən ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsi nəzərdə tutulur, deyə S.Musayeva bildirib.

Eyni zamanda, onun sözlərinə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR