Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gələn ildən pasiyentlər İTS hesabına aldıqları xidməti qiymətləndirə biləcəklər

Gələn ildən pasiyentlər İTS hesabına aldıqları xidməti qiymətləndirə biləcəklər
Sakura

Gələn ildən pasiyentlər İTS hesabına aldıqları xidməti qiymətləndirə biləcəklər

"Vətəndaş məmnunluğunu ölçmək üçün gələn ildən “e-Tabib” mobil tətbiqi üzərindən icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətləri qiymətləndirmək mümkün olacaq".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, tibbi xidmətin qiymətləndirilməsi dedikdə müvafiq xidmət üzrə rəy yazmaq, tibbi personalın davranışı, pasiyentə olan münasibət, xəstəxanadakı şərait və digər məsələlərlə bağlı pasiyentlər mobil tətbiq üzərindən fikirlərini bildirə biləcəklər: "Bunlar ətraflı təhlil edilərək keyfiyyətin artırılması üçün müvafiq tədbirlər görüləcək. İnanırıq ki, görüləcək bu tədbirlər tibbi xidmətlərin əhali üçün daha əlçatan olmasına və məmnunluğun artmasına, onların maliyyə risklərindən mühafizəsinə gətirib çıxaracaq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR