Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gələn il ölkəmizdə olan bütün hemofiliyalı xəstələrin dərman təminatı daha da yaxşılaşdırılacaq

Gələn il ölkəmizdə olan bütün hemofiliyalı xəstələrin dərman təminatı daha da yaxşılaşdırılacaq
Sakura

Gələn il ölkəmizdə olan bütün hemofiliyalı xəstələrin dərman təminatı daha da yaxşılaşdırılacaq

Hemofiliya qanın laxtalanma xüsusiyyətlərinin pozulması ilə xarakterizə olunan xəstəlikdir və onun müalicəsi üçün xüsusi dərman vasitələrindən istifadə edilir. Dünya ölkələrinin cəmi 20 faizində hemofiliyalı xəstələrin müalicəsi dövlət hesabına aparılır. Azərbaycan da həmin ölkələr sırasındadır. Belə ki, hemofiliyalı xəstələrin dərman preparatları ilə təminatı və oynaq endoprotezləşməsi əməliyyatları dövlət hesabına həyata keçirilir. Xəstələrə verilən preparatların həcmi və miqdarı isə ildən-ilə artır.

AZƏRTAC xəbər verir ki, hazırda ölkəmizdə 1600-ə yaxın hemofiliyalı xəstə var, onların 300 nəfəri 15 yaşa qədər olanlardır. Hər il onların sırasına təxminən 30-40 xəstə əlavə olunur. Ötən il 54, bu ilin əvvəlindən isə 30 hemofiliya xəstəsi qeydiyyata götürülüb. Ona görə də bəzi ambulator müalicələr zamanı dərman çatışmazlığı halları baş verirdi.

Ölkəmizdə hemofiliyalı xəstələrlə əlaqədar Dövlət Proqramı qəbul olunduqdan sonra istər xəstəliyin profilaktikası, istərsə də ağırlaşmaların qarşısının alınması sahəsində ciddi irəliləyişlərə nail olunub. Səhiyyə Nazirliyinin beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində gələn il üçün daha çox miqdarda laxtalanma faktorları konsentratlarının alınması nəzərdə tutulub. Bu isə nəinki profilaktik müalicələrin aparılması, həm də bütün əməliyyatlarda laxtalanma ilə əlaqədar heç bir qanaxma olmamasına imkan verəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR