Slimfit
  1. İQTİSADİYYAT

Gələn il manat bahalaşa bilərmi? – Rəsmi açıqlama

Gələn il manat bahalaşa bilərmi? – Rəsmi açıqlama
Sakura

2019-cu il üçün Dollar/Manatın məzənnəsi barədə dəqiq diaqnoz yoxdur, ancaq neftin artan qiyməti fonunda…

2019-cu il üçün Dollar/Manatın məzənnəsi barədə dəqiq diaqnoz yoxdur, ancaq neftin artan qiyməti fonunda manatın bahalaşması da real deyil. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi bankının sədri Elman Rüstəmovun sözlərinə görə, mövcud makroiqtisadi dayanıqlıq və şərtlər daxilində Azərbaycan 2019-cu ildə də iqtisadi sabitliyi qoruyub saxlayacaq. 

Təbii ki, bu məsələdə xarici şokların da təsirini nəzərə almaq lazıımdır. Ancaq manatın bahalaşması gözlənilmir, çünki neftdən daxil olan valyutanın böyük bir hissəsi Dövlət Neft Fondunda toplanır və yalnız fonddan büdcəyə köçürmə əsasında dövriyyəyə daxil olur. Ötən pis praktika isə göstərdi ki, manatın möhkəmlənməsi hansı ciddi fəsadlar verə bilər. 

2019-cu il üçün büdcə zərfində göstərilən gəlir və xərclərin 1.70 səviyyəsində götürülməsinə gəlincə, E.Rüstəmov bildirib ki, bu məzənnə gəlir proqnozlarını hesablamaq üçün götürülür.

“Büdcənin gəlirlərini hesablamaq, digər artımları proqnozlaşdırmaq üçün hesablama məzənnəsi tələb olunur. Amma bu idarəetmə, əməliyyat hədəfi deyil. Sadəcə olaraq sosial-iqtisadi proqnozlar üçün bir məzənnə götürülür. Bu başqa məsələdir",- Elman Rüstəmov deyib.

Qeyd edək ki, büdcə vəsaitlərinin hesablanması üçün götürülən məzənnə həqiqətən də məzənnə hədəfi olmaya bilər. Çünki 2016-cı üçün büdcə başqa bir məzənnə ilə hesablanmışdı, amma mövcud vəziyyətdə manatın daha çox dəyər itirdiyinin şahidi olduq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR