Slimfit
  1. MARAQLI

Gələcəyin dəbi: yaşıl çaydan ayaqqabı

Gələcəyin dəbi: yaşıl çaydan ayaqqabı
Sakura

Gələcəyin dəbi: yaşıl çaydan ayaqqabı

Yaşıl çay istehsalının tullantılarından süni dəri hazırlana bilər.

Yaşıl çayın əvəzolunmaz bir məhsul olduğu hər dəfə təsdiqini tapır. İstifadəsi sağlamlığı artırır, daha uzun yaşamağa şans verir, emalının tullantılarından isə dəri əvəzedicisinin düzəldilməsinin mümkünlüyü ortaya çıxıb.

Uzun müddətdir qida tullantılarından ekoloji cəhətdən təmiz, təkrar emal edilə bilən materialların istehsalında maraqlı olan tədqiqatçı Yang-Li Auburn Universitetində çalışır. Bu baxımdan yaşıl çay onun diqqətini cəlb edib.

Yaşıl çay istehsal olunarkən onun tərkibində selüloz olan tullantılar qalır. Yang-Lee, bu qalıqlardan orijinal dərini əvəz edən material hazırlamağı təklif edib.

Ens.az bildirir ki, ilk sınaq elə də uğurlu alınmayıb: belə ki, material nəmi özünə çox yaxşı çəkib.

"Daha iki qat əlavə etməli oldum: içəridən çətənə parçası və ortaya təkrar emaldan keçmiş pambıqdan birləşdirici təbəqə. Bu dəfə nəticə daha yaxşı oldu".

"Çay-çətənə dərisi"ndən hazırlanmış ayaqqabının əsl dəri ayaqqabı ilə müqayisəsi aparılıb. "Çay" ayaqqabıları əsl dəridən heç də az rahat deyildi və dayanıqlığı ilə də geri qalmırdı. Hətta köhnəlmə tempinə görə dəri ayaqqabılarla ilə müqayisədə daha qalıcı idi. Hündür yerlərdə isə yüngül və rahat idi.

Dəri ayaqqabılar yalnız nəmişliyə müqavimətində və quruma sürətində "çay" dan üstün idi. Lakin tədqiqatçılar bu problemi həll edə biləcəklərinə əmindirlər. Üstəlik: ayaqqabı və geyim sənayesi üçün yaşıl çay əsasında digər ekoloji təmiz materiallar hazırlamaq niyyətindədirlər. Bu resurs yenilənə biləcəyi üçün perspektiv olduqca rasional görünür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR