Slimfit
  1. DÜNYA

Gələcəkdən gəldiyini deyən insan nələr danışır

Gələcəkdən gəldiyini deyən insan nələr danışır
Sakura

Gələcəkdən gəldiyini deyən insan nələr danışır

Biz keçmişi öyrənməyə çalışırıq, amma gələcək də az maraqlı deyil. Texnologiyanın belə sürətli inkişafı fonunda bizi nələr gözləyir? Bu suala çoxu cavab tapmaq istəyir.

 

Bizimyol.info xəbər verir ki, gələcəkdən gəldiyini iddia edən adam maraqlı məsələlərdən danışır. Gerard Qardner 2300-cü ildən gəldiyini bildirir. Guya 1980-ci ildə gizli elmi-hərbi proqram çərçivəsində onu gələcəyə yollayıblarmış. Özünü çəkinmədən ingilis agenti adlandırır.

Gerardın dediyinə görə, onun gəldiyi zamanda insanlar cazibə qüvvəsinin əleyhinə addımlar atmağa başlayıb. Məsələn, havada üzən şəhərlər yaradılıb. Qardner təxminən 300 il sonra pulun, bankların olmayacağını, müharibələrin tarixin yaddaşına qovuşacağını söyləyir.

Gerard fikirlərini “Youtube” portalındakı “Apex TV” kanalında yayımlayır. O, gələcəkdə dələduzların islah olunması üçün xüsusi düşərgələrin yaradılacağını bildirir. Həmin adamlar vurduqları zərəri düşərgələrdə işləməklə ödəyəcəklər.

Qardner nə qədər inamlı danışmağa çalışsa da, videolardan birində göz yaşlarını saxlaya bilmir. Gerard gələcəyə qayıtmaq istəmədiyini deyir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR