Dərc edildi: Baxış sayı: 694
Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək
Tayvanın “TSMC” şirkətinin qurucusu və baş direktoru Morris Çan “Reuters” nəşrinə müsahibəsində gələcəklə bağlı öz fikirlərini səsləndirib.
AZƏRTAC xəbər verir ki, onun fikrincə, gələcəkdə indiki peşələrin bir çoxuna ehtiyac olmayacaq. M.Çan hesab edir ki, texnologiyaların indiki templə inkişafı şərti ilə artıq 10-20 il sonra robotlar taksi sürücüsünü əvəz edəcəklər. Bundan başqa, süni intellekt texnologiyaları həkimləri əvəz edəcək, çünki kompüter daha sürətli və dəqiq diaqnoz qoya, həmçinin pasiyentlərlə məsafədən konsultasiya apara biləcək.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət