Slimfit
  1. ELM

Gələcəkdə biorobotik hibrid ürək süni ürək kimi istifadə oluna bilər

Gələcəkdə biorobotik hibrid ürək süni ürək kimi istifadə oluna bilər
Sakura

Gələcəkdə biorobotik hibrid ürək süni ürək kimi istifadə oluna bilər

Ens.az xəbər verir ki, ondan real şəraitdə ürək klapanlarını və digər ürək implantlarını sınamaq üçün istifadə edilə bilər. O həqiqi ürəkdən düzəldilib. Məlumdur ki, protez ürək klapanları çox sayda insanın həyatını xilas etmiş və ya həyat keyfiyyətini yaxşılaşdırmışdır. Əhali yaşlandıqca onlara tələbat artacaq. Hazırda əsas problem bu cür klapanları layihələndirmək və sınanmasının mürəkkəbliyidir.

Onlar öncə heyvanların üzərində sınanmalı, daha sonra insanlara tətbiq olunmalıdır. Test üçün daha gerçəkçi bir cihaz yaratmaq məqsədilə komanda əsl bioloji ürəklə işləməyə başlayıb. Onun əzələ toxuması süni əzələləri meydana gətirən yumşaq robot material ilə əvəz edilib.

Komanda, canlı bir donuz ürəyi ilə işə başlayıb və sonra əzələ toxumasını dəyişdirib.

Bu məqsədlə qabarcıqlı pərdəyə oxşar süni parçalardan və TissueSil adlı yeni bir hidrojel əsaslı yapışdırıcıdan istifadə edilib. Biorobotik hibrid ürək yığıldıqdan sonra silikon ilə doldurulmuş bir konteynerə yerləşdirilib.

Bu, bionik ürəyə əsl ürək şəklinə çox bənzər bir forma verib. Süni əzələlər həqiqi mədəciyə bənzər qaydada kip bağlanıb. Canlı ürəkdə olan sürətə yaxın şəkildə hava borulara vurulduqda, real ürəkdə olduğu kimi sıxılıb açılmağa başlayıb.

Alimlərin fikrincə, bu cür toxuma mühəndisliyinin daha da yüksəldilməsi şəraitində biorobotik hibrid ürək süni bir ürək kimi istifadə edilə bilər. Qlobal ürək çatışmazlığı epidemiyası nəzərə alınmaqla bu, zəruri bir həlldir. Bu gün dünyada milyonlarla insan ürək transplantasiyası üçün növbə gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR