Slimfit
  1. MARAQLI

Gələcək əlli ildə başımıza nələr gələcək?

Gələcək əlli ildə başımıza nələr gələcək?
Sakura

Gələcək əlli ildə başımıza nələr gələcək?

Gələcək əlli ildə başımıza nələr gələcək

Texnologiyanın inkişafı durmadan artır və gələcək əlli ildə ağlasığmaz inkişaf baş verəcək. Obyektlər daha ağıllı olacaq beynimizə nəzarət edə biləcəyik və səhiyyə sahəsində inkişaf baş verəcək. Hətta yad planetlilər ilə yaxından tanış olacayıq. Əgər deyirsizsə bu mümkün deyil onda gəlin aşağıdakılar ilə yaxından tanış olaq.

Müşahidə cihazları

İllər keçdikcə ağıllı və kiçik ölçülü vasitələr 50 il içərisində müşahidə cihazları atəş böcəyi ölçüsündə olacaq. Həmin kiçik robotların ətrafda uçmasına böyük bir şərait yaradılacaq. Hər yerdə uçan həddən artıq çox kiçik nəzarət kameraları bizi müşahidə edəcək.

Xatirələr həyatımız boyu davam edəcək

Saxlama cihazları vasitəsilə sadəcə fotolarımızı deyil həm də xatirələrimizi də saxlaya biləcəyik. Bu cihazlar həyatımız boyunca bizim yanımızda olacaq və keçmişi istədiyimiz anda geri qaytara biləcəyik. Bunların hamısı ən çox əlli ilin içində baş verəcək.

Yeni orqanların yaradılması

Qripin öhdəsində gələ bilməməyimiz o demək deyil ki, biz yeni bir orqan yarada bilməyəcəyik. 3D ölçülü bio printer artıq istifadəyə verilib. Damarlar və arteriyaların istifadəsi gələcək beş ildə ürək və qara ciyər kimi çətin orqanların isə istifadsəsi yaxın on ildə mümkün olacaq.

İstədiyimiz qədər yeyə biləcəyik

Artıq piylənmə, çəki alma kimi sözlər artıq bizim lüğətimizdə olmayacaq. Qarşıdan gələn on il ərzində bir dərmanla pəhrizaxlaya biləcəyik. İstədiyimiz qədər yeyəcəyik və çəki almayacayıq. Alimlər artıq çəki almanın qarşısını almaq üçün yeni bir gen icad ediblər. Bu gen alimlərin inkişaf etdirdiyi sadəcə 23000 gendən biridir. Həddindən artıq yeməyin qarşısını ala bilsələr bu dünya üçün daha faydalı olas bilərdi.

Texnologiya bizim bədənimizdə olacaq

Ağıllı cihazları geyə bildiyimiz kimi onlar artıq bizim qanımızda olacaq. Bu hadisə 2030-cu ildə baş verməsi gözlənilir. Qan hüceyrəsi boyda robotlar artıq bizim bədənimizdə yer alacaqlar və kabelsiz cihazlar vasitəsilə onlar ilə əlaqə yaradılacaq.

Bionik əllər

Bu ixtira bu əllərə ehtiyacı olanlar üçün həqiqətən də böyük tapıntıdır. Əməliyyatsız yerləşdirilə bilən bionik əllər beynin verdiyi dalğalar vasitəsilə idarə oluna biləcək. Təxminən əsil əlin edə biləcəyi hər şey edə biləcək. Yaxın on ildə bu bionik əllər artıq satışda belə olacaq.

Ağıllı planlama robotu

Bu robotlar insanın yaşayışını asanlaşdıracaq və daxili məsləhətçi kimi fəaliyyət göstərəcək. Misal üçün həftəli qida menyumuzu işləyib hazırlayacaq, səhhətimizə aid məsləhətlər verəcək və hədəflərimizi müəyyən edəcək.

Fikirləri oxuma

Alimlər insan fikirlərini oxuya biləcək cihazın üzərində illərdir işləyirlər. Bu sahədə Berkli Universiteti irəliyə doğru bir addım atıb. Beyin dalğalarının kodunu öyrəndikdən sonra nevroloji xəstəliklərin müalicəsi mümkün olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR