Slimfit
  1. CƏMİYYƏT

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb
Sakura

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib.

“İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayon Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Kəndin girişində polis postları qurulub. Kənd sakinlərini narahat edən məsələlərlə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Söyüdlü kəndində yeni süni gölün tikintisi sakinlərin etirazına səbəb olub. Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR