Slimfit
  1. MARAQLI

Gecələr yatmağımıza mane olan gərgin düşüncələrdən necə qurtulmaq olar: 5 məsləhət

Gecələr yatmağımıza mane olan gərgin düşüncələrdən necə qurtulmaq olar: 5 məsləhət
Sakura

Gecələr yatmağımıza mane olan gərgin düşüncələrdən necə qurtulmaq olar: 5 məsləhət

Gecələr insanın yuxuya və daha çox istirahətə ehtiyacı olduğu halda , rahatlıq verməyən düşüncələr insan bədənini stress vəziyyətinə salır. Mütəxəssislər yuxuya mane olan düşüncələrdən necə qurtulacağınıza dair bəzi tövsiyələr verirlər: məsələn, dəqiq bir yuxu cədvəli qurmalı və kofein istehlakını azaltmalısınız.

Yuxunun müntəzəm ritmi böyük əhəmiyyət daşıyır: bədən ona nə qədər uyğunlaşarsa, müəyyən bir zamanda daha tez yuxuya gedəcəkdir. Gecələr narahat düşüncələrdən azad olmağınıza kömək edən tövsiyələrdən biri də budur: yatmağa gedəcəyiniz saatı dəqiq təyin edin və ona əməl edin. Səhər qalxmaqla bağlı da eyni qaydanı tətbiq edin.

Bundan başqa, mütəxəssislər yatmadan əvvəl buna hazırlaşmaq üçün 30 dəqiqədən bir saata qədər vaxt ayırmağınızı məsləhət görürlər. Bu müddət ərzində isti duş qəbul edilə, üzü rahatlaşdıran masajlar oluna bilər. Mobil telefonunuzu bir kənara qoyub televizoru söndürməlisiniz.

Gecələr yatmağınıza mane olan narahat düşüncələrdən yaxa qurtarmağın başqa bir yolu da daha az kofeinden istifadədir. Yatmaqda çətinlik çəkirsinizsə, günortadan sonra qəhvə, digər içkilər və kofeinli qidalar istehlak etməyi dayandırmalısınız.

Bundan əlavə, somnoloqlar yataqda smartfon və ya noutbuk istifadə etməməyi məsləhət görürlər. Axşam sakitləşmək üçün kitab oxumaq, sakit musiqi dinləmək daha yaxşıdır.

Tez-tez gecə yuxusuna mane olan narahat düşüncələr alt şüurda özünə yer eləmiş qorxular nəticəsində də yaranır.

"Sizi gərən və narahat edən şeyləri özünüz üçün dəqiq aydınlaşdırmasanız, bütün tövsiyələr təsirsiz ola bilər. Yatmazdan təxminən 1 saat əvvəl fikirlərinizi kağız üzərində qeyd etməyə çalışın . Əgər bu işə yaramırsa, yaxın bir insanla səmimi söhbət sizə kömək edə bilər. Bəzən gecə çox düşüncələri susdurmağın yeganə yolu budur ”deyə mütəxəssislər bildirirlər.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR