Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gecə yuxusunu pozan yeddi sağlam məhsul: siyahıda meyvələr də var

Gecə yuxusunu pozan yeddi sağlam məhsul: siyahıda meyvələr də var
Sakura

Meyvələr də "qara siyahı"ya düşüb

Axşam saatlarında ağır qidanın tam istirahətə mane olduğu çoxdan məlumdur. Ancaq eyni təsirin bəzi düzgün yeməklərdə də olduğu ortaya çıxıb. Dietoloqlar gecə yuxusunu pozan 7 sağlam qidanın adını açıqlayıb

Ens.az xəbər verir ki, siyahının başında sərt pendir gəlir. Amerikalı mütəxəssis Meqqi Munun fikrincə, bu məhsul axşam yeyilsə, yuxunu pozacaq. Məsələ bundadır ki, o doymamış yağ turşuları ilə zəngindir. Ona görə həzm etmək çətindir və ürək yanması, sinə ağrısı və digər xəstəliklərə səbəb ola bilər.

Sonrakı yerdə tünd şokolad gəlir. Onun tərkibində ürək və qan damarları üçün faydalı olan çox sayda antioksidan var, bununla yanaşı yuxunu qaçıran kofein də var.

Üçüncü mövqedə matça çayı qərar tutub. Yapon çay mərasimində ənənəvi olaraq istifadə olunan bu toz yaşıl çayın tərkibində çox sayda tonik maddə enerji və canlılıq verir ki, ondan sonra yatmaq asan olmur.

Dördüncü yerdə isə mal əti gəlir. Bu ət yod, dəmir və B vitaminləri daşıyıcısıdır, eyni zamanda həzm sistemi tərəfindən həzm etmək çətin olan çox miqdarda zülal və yağ var.

Beşinci mövqedə tərkibində natriumun yüksəldilmiş konsentrasiyası olan emal edilmiş ət məmulatları durur. Bunların yatarqarına qəbulu isə köpmə və narahatlıq yarada bilər.

Altıncı yerdə yarpaqlı salatlar və tərəvəzlər var. Bu sağlam qidalar həzm sistemi üçün əlbəttə ki faydalıdır, ancaq köp və qaz meydana gəlməsinə səbəb olur.

Meyvələrin siyahısını qurtarır. Gecə istirahətindən əvvəl lazım olmayan enerji partlamasına səbəb olan yüksək miqdarda fruktoza olan mango, üzüm, banan, xurma və digər meyvələrin zərərli olduğu ortaya çıxıb.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR