Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gecə saatlarında işləyənlər sağlamlığını məhv edir

Gecə saatlarında işləyənlər sağlamlığını məhv edir
Sakura

Gecə saatlarında işləyənlər sağlamlığını məhv edir

Dünyada müxtəlif illərdə keçirilmiş araşdırmalar göstərib ki, gecə saatlarında işləyən insanlar öz sağlamlığını ciddi təhlükə altına salır.

Bu insanlarda maddələr mübadiləsi pozulur, sinir, ürək-damar, hormonal və bir çox digər sistemlər  həddindən artıq güclü yükləmələrə məruz qalır ki, bunun nəticəsində bir sıra xəstəliklərin və pozulmaların riski artır.

- Ürək-damar sistemi xəstəlikləri

Alimlər sübut edib ki, gecə saatlarında işləyən insanlarda infarktın riski 40% artmış olur.

Gecə saatlarında işləyən insanlarda orqanizmin bioloji ritmləri pozulur ki, bu insanlarda vaxt keçdikcə hipertoniya xəstəliyi inkişaf edir və qanda xolesterinin səviyyəsi qalxmış olur.

- Şəkərli diabet və piylənmə

Bu gecə saatlarında işləyən insanlarda maddələr mübadiləsinin pozulması ilə bağlıdır.

- Depressiya və affektiv pozulma

Gecə saatlarında orqanizmdə və o cümlədən beyində bərpa prosesləri işə salınır. Bu fizioloji proseslərin pozulması insanın psixoloji durumuna mənfi təsir edir.

- Qadınların dölyaratma sistemində pozulmalar (menstruasiyaların pozulmaları, hamiləlik zamanı problemlər, vaxtından tez doğuş və s.)

- Mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları (dispepsiya, reflüks xəstəliyi, mədə xorası və s.)

Bu xüsusilə mədə xorası xəstəliyinə aiddir. Gecə növbəsində işləyən insanlarda bu xəstəlik tez-tez aşkar olunur.

- Onkoloji xəstəliklər

Ümumdünya Səhiyyə Təşkilatı gecə saatlarında işləmək kanserogen (xərçəng əmələ gətirən) faktor kimi qiymətləndirir.

Belə hesab olunur ki, gecə saatlarında işləyən qadınlarda süd vəzi xəsrçənginin riski 50% artmış olur. Bundan əlavə düz bağırsaq, prostat vəzi xərçəngi və bəzi digər xərçəng növlərinin riski də artır.

Məsələ burasındadır ki, gecə yuxusu zamanı orqanizmdə melatonin hormonu ifraz olunur. Bu hormonun sübut olunmuş xərçəng əleyhinə təsiri var. Gəcə saatlarında işləyən insanlarda melatonin hormonunun ifrazı pozulur ki, bu da xərçəng xəstəliklərinin riskini artırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR