Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gavalı hansı xəstəliklərə dərmandır?

Gavalı hansı xəstəliklərə dərmandır?
Sakura

Gavalı hansı xəstəliklərə dərmandır?

Tərkibi vitaminlərlə zəngin olan gavalı, həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında əvəzolunmazdır. Bəs, hamımızın həvəslə yediyimiz gavalı hansı xəstəliklərə dərmandır?

Meyvənin tərkibində şəkər (o cümlədən monoşəkər), turşular (əsasən alma və limon turşusu), dabbaq maddələri, C, B1, B2, B9 vitaminləri, karotin və P fəal maddələr var. Meyvələrdə olan kalium duzları böyük fizioloji əhəmiyyət kəsb edir. Hər 100 qram meyvənin kaloriliyi 42 kilokaloridir.

Qurudulmuş gavalıda 50 faizədək şəkər olur. Eyni zamanda, qurudulmuş gavalı keyfiyyətini (xüsusən P vitamini) itirmədiyindən və onları uzun müddət saxlamaq imkanı olduğundan çox qiymətlidir.

Müalicə vasitəsi kimi gavalının meyvələri və yarpağı istifadə olunur. Meyvələrin zəngin kimyəvi tərkibi müxtəlif qan sızmaları zamanı, həmçinin hipertoniya, ağciyər iltihabı, vərəm, revmatizm xəstəliklərinin müalicəsində çox faydalıdır. Xüsusən kaliumla zənginliyi öd və sidikqovucu xüsusiyyətlidir. Kalium, həmçinin əzələlərin yığılması, əsəb impulslarının ötürülməsi, ürək fəaliyyətinin nizamlanması və orqanizmdə turşu-qələvi tarazlığının saxlanması üçün əvəzolunmazdır.

Gavalı meyvələrində, xüsusən də tünd rəngli sortlarda sellüloza, pektin, sorbit olduğundan onlar yüngül işlədici, ödqovucu xüsusiyyətlərə malik olmaqla yanaşı, orqanizmdən xolesterini, ağır metalların duzlarını, kanserogen və radiaktiv maddələri çıxarır. Ona görə də qəbizlik, ateroskleroz və onunla bağlı xəstəliklər, xolesistit və öd daşı xəstəlikləri zamanı, həmçinin ağır metallarla zibillənən istehsal sahələrində çalışan işçilərə məsləhət görülür.

Tərkibində yüksək miqdarda kalium olduğundan gavalı meyvələri, hipertoniya və böyrək xəstəlikləri, həmçinin şişkinlik zamanı sidikqovucu kimi təsir göstərərək (artıq suyu və xörək duzunu orqanizmdən çıxarır) xəstələrin əhvalını yaxşılaşdırır.

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR