Slimfit
  1. DÜNYA

G20 ölkələrinin liderləri birgə bəyannamə qəbul etdilər

G20 ölkələrinin liderləri birgə bəyannamə qəbul etdilər
Sakura

G20 ölkələrinin liderləri birgə bəyannamə qəbul etdilər

Argentinada təşkil olunan G20 ölkələrinin liderlərinin Zirvə Görüşünə aid bəyanatlar imzalanıb.

Oxu.Az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüşün yekunlarına əsasən, bundan sonrakı görüşlər 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçiriləcək.

Sammitdən sonrakı mətbuat konfransında Argentina prezidenti Maurisio Makri bildirib ki, onlar ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə ediblər.

31 maddədən ibarət yekun bəyanatda bildirilib ki, beynəlxalq bir işlək mexanizmin olması çox önəmlidir.

Zirvə görüşünün əsas yekun nəticəsi iqlim dəyişikliyi ilə mübarizə olub. Belə ki, “Paris İqlim Müqaviləsi”nin tamamilə tətbiqi barədə razılaşma qüvvədə qalıb. ABŞ bu müqaviləyə qoşulmayıb və bildirilib ki, onlar iqlimə heç bir zərər vermədən bütün enerji qaynaqlarından istifadə etmək niyyətindədirlər.

Bununla, bəyanatın son maddəsinə sadəcə ABŞ qoşulmayıb. Digər bütün maddələr yekdilliklə qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR