Slimfit
  1. AZƏRBAYCAN

Füzulidə mədəniyyət işçiləri “Evdə qal, evdə yarat” kampaniyasına qoşulublar

Füzulidə mədəniyyət işçiləri “Evdə qal, evdə yarat” kampaniyasına qoşulublar
Sakura

Füzulidə mədəniyyət işçiləri “Evdə qal, evdə yarat” kampaniyasına qoşulublar

Kürdəmir regional Mədəniyyət İdarəsinin tabeliyində olan Füzuli rayon mədəniyyəti müəssisəsinin işçiləri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başlanılan “Evdə qal, evdə yarat” kampaniyasına qoşulublar.

AZƏRTAC xəbər verir ki, rayonun Qarabağ kənd uşaq musiqi məktəbinin müəllimi Aliyə Məmmədova koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğvi dövrdə evdə maska istehsalı ilə məşğul olur. O, hər gün 80 maska tikərək Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün salınan qəsəbədəki aztəminatlı ailələrə paylayır.

Qarabağ kənd mədəniyyət evinin biçmə-tikmə dərnəyinin üzvləri də maska istehsalına başlayıblar. Mədəniyyət evinin direktoru Sevinc Məmmədova deyib: “Dərnək üzvləri ilə yanaşı mən özüm də karantin günlərində həmin təşəbbüsə qoşulmuşam. Hələlik gündə 50 maska tikməyə nail oluruq. Lakin tezliklə istehsalı genişləndirərək daha çox maska tikərək sakinlərə paylayacağıq”.

Qeyd edək ki, dərnək üzvlərinin tikdiyi maskalar Qarabağ kəndində yaşayan aztəminatlı ailələrin sakinlərinə paylanılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR