Füzuli Beynəlxalq Hava Limanında DSX-nin sərhəd-nəzarəti bölməsi fəaliyyət göstərəcək
“Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi də fəaliyyət göstərəcək”.
Ens.Az-ın məlumatına əsasən,bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib.
R. Məşədiyev deyib ki, hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan sərhəd-nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və peşəkar heyətlə komplektləşdirilməsi üzrə DSX tərəfindən zəruri işlər görülür:
“Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət