Dərc edildi: Baxış sayı: 730
Braziliyalı əfsanəvi futbolçu Pele 40 illik evini satıb.
“Ölkə.Az” xəbər verir ki, Pele 1979-cu ildə 156 min dollara aldığı evi 2.85 milyon dollara satıb.
Pelenin evi Nyu-York şəhərində idi. Hamptonsdakı 40 illik evini yaxşı qiymətə satan futbolçu yaxşı gəlir əldə edib.
77 yaşlı futbolçunun evinin yüksək tavanı, ofisi, oyun meydançası, böyük mətbəxi və kino salonu da var. 6 yataq otağı olan evi Pele 5 ay əvvəl satışa çıxarmışdı.
ABŞ mətbuatı evin 3 milyona satışa çıxarıldığını yazıb. Amma müştəri tapılmadığı üçün Pele endirim edib.
Hikmət Həsənov
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət