Dərc edildi: Baxış sayı: 782
Futbol tarixində görünməmiş hadisə
Portuqaliya çempionatının 3-ci turunda futbol tarixində görünməyən hadisə baş verib.
Goal.az xəbər verir ki, Chaves-lə Nacional arasında keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində baş hakim Luiş Qodino gözlənilmədən oyunu dayandırıb. Bundan sonra laynsman Jorje Krus paltardəyişmə otağına tərəf qaçıb.
Baş hakim komanda üzvlərinə məsələni gülərək izah edib. O laynsman tualetə getdiyi üçün oyunu saxlamağa məcbur olub.
Laynsman geri qayıdarkən baş hakim ona, zarafatla qırmızı vərəqə də göstərib. Oyun 2 dəqiqəlik fasilədən sonra davam etdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət