Slimfit
  1. DÜNYA

Fukusima prefekturasında tərkibində radioaktiv maddələr olan suyun təmizlənməsi yolları müzakirə edilib

Fukusima prefekturasında tərkibində radioaktiv maddələr olan suyun təmizlənməsi yolları müzakirə edilib
Sakura

Fukusima prefekturasında tərkibində radioaktiv maddələr olan suyun təmizlənməsi yolları müzakirə edilib

Qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) toplanmış radioaktiv tritiuma yoluxmuş suyun okeana axıdılması barədə planla əlaqədar ictimai dinləmələrin iştirakçılarının əksəriyyəti bu plana etirazlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin ekspertləri tərəfindən Fukusima prefekturasının Tomiaka şəhərində həmin planla əlaqədar görüş keçirilib.

Yerli sakinlərin və şirkət rəhbərlərinin də qatıldığı tədbirdə AES-də qəzalı reaktorların soyudulması nəticəsində toplanan yoluxmuş suyun təmizlənməsi yolları müzakirə edilib. Məsələ burasındadır ki, həmin su radioaktiv maddələrdən təmizlənsə də, onun tərkibində mayedən çətin ayrılan tritium qalır. Hazırda AES-də tərkibində tritium olan 920 min ton su toplanıb.

Hökumət mümkün variant kimi həmin suyun durulaşdırılmasını və dənizə axıdılmasını təklif edir. Bu, həmin suyu təmizləmək üçün ən tez və ucuz yol hesab edilir.

Lakin yerli sakinlər bunun ərazidə böyük çətinlik bahasına bərpa olunan balıqçılığa zərər vuracağından ehtiyat edirlər.

İctimai dinləmələrin Fukusima prefekturasının digər şəhərlərində və Tokioda davam etdiriləcəyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR