Slimfit
  1. SİYASƏT

Fuad Muradov: “Ermənilər Azərbaycan diasporundan belə reaksiya gözləmirdi”

Fuad Muradov: “Ermənilər Azərbaycan diasporundan belə reaksiya gözləmirdi”
Sakura

Fuad Muradov: “Ermənilər Azərbaycan diasporundan belə reaksiya gözləmirdi”

“Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatı dünyaya çatdırmaqda diaspor nümayəndələrinin, könüllülərinin və gənclərin böyük rolu olub”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. 

Onun sözlərinə görə, qısa zamanda gənclər qrupunun “Kharabakh is Azerbaijan” həştəqi onluğa düşüb:

“Bu dövrdə 26 xarici diaspor təşkilatı 86 bəyanat ünvanlayıb və bu bəyanatlar beynəlxalq təşkilatlara göndərilib. 26 ölkədə 20 dildən çox məqalə çap olunmuşdu.

200-dək xəbər yayımlanıb. Ümumilikdə 28 ölkədə 68 aksiya keçirilib. Növbəti 11 aksiya avqustun 9-dək həyata keçiriləcək. Aksiyalarda 25 mindən çox insan iştirak edib. Aksiyaların 32-si Avropa ölkələrində, 13-ü ABŞ-da, səkkizi Türkiyədə baş tutub”.

F.Muradov bildirib ki, erməni diasporu Azərbaycan diasporundan, vətəndaşlarından belə reaksiya gözləmirdi:

“Tarixdə ilk dəfədir ki, bizim soydaşlarımız bu istiqamət üzrə mütəşəkkil şəkildə fəaliyyət göstərib, onlara cavab verilib, onların təxribatını beynəlxalq arenaya çıxarıb. Böyük şəhərlərdə bir daha göstərildi ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyi və Azərbaycan orudusuna böyük inamı var. Bizim haqq səsimiz böyük paytaxtlarda çatdırıldı. Bu işdə gənclərin rolu xüsusi vurğulanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR