Slimfit
  1. CƏMİYYƏT

Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır

Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
Sakura

Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır

Uzun illər Ermənistanın işğalı altında olan 4 kəndin geri qaytarılması Azərbaycanla sərhədin delimitasiyası prosesinin başlanılmasına birbaşa təsir göstərib.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, sülh sazişinə qarşı çıxan qüvvələrin təzyiqlərinə baxmayaraq, belə müsbət siqnallar bundan sonra da veriləcək”, - o bildirib.

Onun sözlərinə görə, hazırkı nə sülh, nə də müharibə olmayan şəraitdən fərqli olaraq, sülh sazişinin imzalanması Ermənistan üçün böyük perspektivlər açacaq.

F.Hüseynəliyev vurğulayıb ki, Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil:

“Son hadisələr göstərir ki, Ermənistan da vəziyyətin gərginləşməsini istəmir və tədricən Azərbaycanla sülh sazişinin imzalanmasına doğru gedir”.

“Report”un direktoru xarici təsirlərə baxmayaraq, Ermənistan hökumətinin Fransa kimi ölkələrin deyil, öz maraqlarına uyğun hərəkət edəcəyinə ümid bəslədiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR