Slimfit
  1. SİYASƏT

Fuad Axundov: “Heç bir sovet xəritəsində “Şuşi” adına rast gələ bilməzsiniz - bu şəhərin adı Şuşadır”

Fuad Axundov: “Heç bir sovet xəritəsində “Şuşi” adına rast gələ bilməzsiniz - bu şəhərin adı Şuşadır”
Sakura

Fuad Axundov: “Heç bir sovet xəritəsində “Şuşi” adına rast gələ bilməzsiniz - bu şəhərin adı Şuşadır”

10 noyabrda üçtərəfli bəyanatı imzalayan Azərbaycan ölkələrin sülhə və normal həyata yolunu açan bu sənədə tam şəkildə riayət etmək əzmindədir.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun Rusiyanın “Komsomolskaya Pravda” qəzetində dərc olunan məqaləsində qeyd olunur.

“Ermənistan tərəfindən işğal olunmuş Ağdamda teatr, misilsiz Çörək Muzeyi, evlər, məktəblər, xəstəxanalar da daxil olmaqla hər şey məhv edilib... Yalnız məscidi saxlayıblar – onun hündür minarələri topçu və pilotlara orientir kimi xidmət edib. Ancaq məscidin binasında inəklər və donuzlar saxlanılıb. Şuşada dahi şair, Qarabağ xanının vəziri, II Yekaterinanın elçisi ilə danışıqlar aparan Vaqifin məqbərəsi məhv edilib. Ancaq bütün bunlara rəğmən Azərbaycanda şübhə etmirlər: xalqlarımız arasında sülhə alternativ yoxdur.

Hamımız - azərbaycanlılar, ermənilər və “üçüncü ölkələrin” nümayəndələri nifrət və dözümsüzlük təbliğatçılarının öz xalqlarına qarşı hansı cinayəti törətdiklərini artıq anlamalıyıq.

Həm də coğrafi məsələyə aydınlıq gətirmək istərdim. 1992-ci ilə qədər heç bir Rusiya və ya sovet xəritəsində “Şuşi” adını tapa bilməzsiniz - bu şəhər Şuşa adlanır, başqa cür yox. “Şuşi” adı Ermənistan tərəfindən işğal edildikdən sonra süni şəkildə icad edilib – necə ki, Füzuli - “Varanda”ya, Laçın - “Berdzor"a, Zabux kəndi - “Aqavno”ya və s. çevrilib”, - deyə, məqalədə bildirilir.

F. Axundov qeyd edir ki, hər kəs başa düşməlidir: sülhməramlı qüvvələrin varlığı müvəqqəti tədbirdir.

“Biz yanaşı yaşamağı və bir-birimizi düşmən kimi görməməyi öyrənməliyik. Ən başlıcası isə təxribat xarakterli ritorikadan imtina etməliyik”, - Axundov vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR