“Fruit Aqro” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat ayırıb
“Fruit Aqro” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanı sarsıdan, dünya, eləcə də ölkə iqtisadiyyatı üçün təhdid doğuran virusla mübarizə təşəbbüsünə qoşulmaq qərarına gəlib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Fruit Aqro” tərəfindən 10 min manat məbləğində vəsait ayrılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət