Slimfit
  1. İDMAN

Frits Ştuxlik: "Hər iki epizodda penalti təyin olunmalı idi"

Frits Ştuxlik: "Hər iki epizodda penalti təyin olunmalı idi"
Sakura

Frits Ştuxlik: "Hər iki epizodda penalti təyin olunmalı idi"

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik Azərbaycan Premyer Liqasında I turun "Neftçi" - "Səbail" (2:1) və "Qəbələ" - "Zirə" oyunlarındakı (1:1) mübahisəli hakim qərarlarını şərh edib.

Avstriyalı mütəxəssis "Report"a eksklüziv açıqlamasında hər iki epizodda penaltinin təyin edilməli olduğunu bildirib.

Ştuxlikin fikrincə, referilər epizodları gözdən qaçırıblar: "Neftçi" - "Səbail" matçının 71-ci dəqiqəsindəki epizod zamanı aşkar əl ilə oyun var idi və penalti təyin olunmalıydı. Sadəcə, hakim bunu görmədi. "Qəbələ" - "Zirə" görüşündəki epizod isə bir qədər fərqli idi. Bunu digəri ilə eyniləşdirmək olmaz. Burada topun müdafiə olunan futbolçunun əlinə dəydiyi yer boz zona hesab olunur. Fərqli rakurslardan müxtəlif qərarlar tapmaq olar. Amma istənilən halda, mənə görə, həmin epizodda penalti təyin etmək ən doğru qərar olardı".

Komitə sədri ilk turdakı məlum səhvlərlə əlaqədar hakimlərə cəza verilməyəcəyini söyləyib: "Bura gələndən hakimləri yanlış qərarlara görə cəzalandırmamışam. Çünki onlar da insandır, səhv edə bilərlər. Referilər də futbolçular kimidirlər. Təcrübə qazandıqca daha yaxşı olurlar".

Qeyd edək ki, "Neftçi" - "Səbail" oyununun 71-ci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Ruslan Hacıyevin sol cinahdan yerlə ötürməsi Mamadu Mbocun əlinə dəysə də, baş hakim Rauf Cabbarov görüşü davam etdirib. "Qəbələ" - "Zirə" qarşılaşmasında isə Bakı klubunun yarımmüdafiəçisi Ruslan Qurbanovun ötürməsinin qarşısını Yurgen Qoca əli ilə kəsib. Buna baxmayaraq, oyunun baş hakimi Kamal Umudlu penalti təyin etməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR