Slimfit
  1. MARAQLI

Friqanlar : niyə bəzi insanlar zibil qutularında eşələnirlər

Friqanlar : niyə bəzi insanlar zibil qutularında eşələnirlər
Sakura

Onların öz şərəf kodeksi var

Hər hansı bir insandan, zibil qablarında eşələnən, vaxtı keçmiş yeməkləri yeyən, qarderobunu istifadə olunmuş əşyalarla yeniləyən insanların adlarının nə olduğunu soruşsanız, belə cavabı eşidəcəksiniz: evsizlər, əyyaşlar, antisosial ünsürlər - hər hansı bir səbəblə həyatın kənarında qalanlar.

Bununla belə, dünyada, ideoloji mülahizələr baxımından tərəfdarlarının eyni şeyləri etdiyi bir hərəkat var. Onlar friqanlardır. Onlar, tez-tez antiqlobalistlərlə müqayisə olunur. Transmilli korporasiyalara, beynəlxalq ticarət təşkilatlarına etiraz bu iki qrupun nümayəndələrini birləşdirən ortaq cəhətdir.

Bu hərəkatı məşhurlaşdıranlardan biri, bu submədəniyyətin tərəfdarlarının manifestinə çevrilən "Niyə Friqan?" broşürasını yazan "Against me" qrupunun musiqiçisi Uorren Oks olub. Friqanlar, müasir istehlak cəmiyyətinin prinsiplərini tamamilə inkar edirlər. Onların fikrincə, bu cəmiyyətdə, kimlərsə mənfəət naminə mənasız olaraq həddindən artıq məhsul istehsal etməklə məşğuldur, bəziləri isə özlərinə yalnızca başqa bir lazımsız şey almaq üçün gecə-gündüz işləməyə hazırdırlar. Eyni zamanda, kifayət qədər yaxşı, hələ istifadə edilə biləcək əşyalar və məhsullar zibilliklərə və zibil qutularına atılır.

Friqanizmin, Amerika Birləşmiş Ştatlarında - əhalisinin, məsələn, Hindistan və ya Çində olduğu qədər çox olmadığı, qida və istehlak malları istehsalının görünməmiş bir miqyasa çatdığı bir ölkədə yarandığı olduqca məntiqli hesab olunur. Bu gün, bu hərəkatın tərəfdarları ən çox Braziliya, Böyük Britaniya, Cənubi Koreya, İsveç və Estoniyada yayılıb.

Friqanlar praktik olaraq mağazalara getmir - onlar, yeməyi supermarketlərin və ya əhalinin sıx məskunlaşdığı çoxmərtəbəli şəhər binalarının yaxınlığında yerləşən zibil qablarından əldə edirlər. Eyni zamanda atılan yeməyi sevənlərin heç biri sağlamlığı üçün qorxmur. Bu hərəkatın istənilən təcrübəli tərəfdarı bilir ki, belə yeməyi haradan daha yaxşı və daha təhlükəsiz əldə etmək olar. Məsələn, Nyu- York friqanlarının izah etdiyi kimi, böyük şəbəkə mağazaları yalnız istifadə müddəti bitmiş qidaları deyil, həmçinin zəif satılanları da tez- tez atırlar. Bir qayda olaraq, bütün məhsullar möhürlənmiş paketlərdədir və bu cür qidada, istehlakçılara görə, heç bir bakteriyadan söhbət gedə bilməz. ABŞ-da friqanizmi günümüzdə populyarlaşdıran Adam Vaysman izah edir ki, bu gün Amerikada və bir çox inkişaf etmiş Avropa ölkələrində, məsələn, bir mağaza sahibi üçün meyvə yeşiyini zibil qutusuna atmaq, onu çeşidləmək üçün kimisə işə götürməkdən daha sərfəlidir. Bu cür atılan yeşiklərdə, tamamilə istifadə edilə bilən qidaların faizi, statistikaya görə, 30 ilə 50 arasındadır.

Adam Vaysman, friqanizm hərəkatı tərəfdarlarının əsas məqsədini - minimallaşdırmada, ideal olaraq isə şirkətlərin xidmətlərindən tamamilə imtina etməkdə görür. Friqanizm tərəfdarına görə, bu, dünya iqtisadiyyatının qloballaşmasını dayandıra bilər və eyni zamanda həm də nəzarətsiz istehlak cəmiyyətinin xaricində qalmağa kömək edər.

Zibillikləri və zibil qablarını sevənlərin bənzər fikirləri yalnız qidaya deyil, həmçinin insanlar tərəfindən ən çox tələb olunan digər mallar və xidmətlərə də aiddir. Zibilliklərdən, eləcə də paltarların pulsuz paylanması nöqtələrindən friqanlar özlərinə əşyalar götürürlər. Atılmış velosipedləri tapırlar, təmir edirlər və nəqliyyat vasitəsi kimi istifadə edirlər. Onların heç biri avtomobil istifadə edəsi deyil. Birincisi, benzin almaq - bu, neft maqnatlarının zənginləşməsi deməkdir, ikincisi, avtomobil, friqanların aktiv şəkildə qarşı çıxdıqları - ətraf mühitin çirklənməsinə səbəb olur. Bu əsasda onlar tez-tez "yaşıllar" ilə müqayisə olunur. Lakin, friqanlar onlardan fərqlənirlər. Kantonda (Nyu-York) Müqəddəs Lavrentiya Universitetinin sosiologiya üzrə professoru Bob Torresə görə, "ideoloji olaraq pulsuzu axtaranların " hərəkatı, onun fikrincə, bir fiasko olan "yaşıllar" hərəkatına qarşı populyarlıq qazandı. "Yaşıllar", sadəcə olaraq, ekoloji cəhətdən təmiz məhsullara olan sorğularını ödəmək üçün hansı nəhəng təbii ehtiyatların tələb olunduğunu düşünmürlər.

Friqanların diqqətini artıran başqa bir obyekt isə tərk edilmiş evlərdir. Onlar tez-tez bu evləri tuturlar və adətən çox uzun müddətə belə evlərdə yaşayırlar. Olur ki, evin sahibi dəvət olunmamış kirayəçiləri aşkar edir və bəzən polislə onları evdən çıxarır. Bununla belə, bu, hərşeyi pulsuz əldə etməyi sevənləri qorxutmur. Friqanlar, uzun müddətdir heç kimin maraq göstərmədiyi başqa tərk edilmiş evlər axtarırlar. Bu cür evlərdə yaşayan "yeni məskunlaşanlar" yalnız ekoloji yanacaqdan (odun, kömür) istifadə edirlər, suyu da təbii mənbələrdən əldə edirlər. Onlar, həm ətraf mühitin qorunması baxımından, həm də resursları tədarük edən şirkətlərin maliyyələşdirilməsindən imtina baxımından mərkəzləşdirilmiş istilik və su təchizatı şəklində sivilizasiyanın üstünlüklərini tanımırlar.

Hərəkatı dəstəkləyənlərin əksəriyyəti, ümumiyyətlə işləməməyi üstün tuturlar. Onlar iddia edirlər ki, əmtəə-pul-əmtəə sistemi, cəmiyyəti o qədər pozub ki, ticarət mərkəzləri çoxlarının ikinci evinə çevrilib. İnsanlar uşaqlarla vaxt keçirmək, onlara dərs öyrətmək əvəzinə həftə sonları "alış-verişə" gedirlər. Bunun əksinə olaraq, friqanlar, işləriolmadıqda, könüllü fəaliyyətləriylə məşğul olur, ictimai tədbirlərdə iştirak edirlər və ya uşaqları ilə birlikdə yeni nə isə öyrənirlər. Tez-tez mebel parçaları, qab-qacaq və digər əşyaların mübadiləsi üçün tədbirlər təşkil edirlər. Onların ailələrində praktiki olaraq heç bir şey atılmır - hər hansı bir şeyə, ev əşyasına ikinci bir həyat verməyə çalışırlar: təmir etmək, bərpa etmək və əgər daha özlərinə lazım deyilsə başqa əllərə vermək.

Bu hərəkatın tərəfdarlarının öz şərəf kodeksi var. Belə ki, tərəfdaşlardan heç biri xüsusi qapalı ərazidə yerləşən zibil qutularında eşələnməyəcəklər. Əgər bir friqan kiminsə şəxsi həyatı ilə əlaqəli sənədlər və ya kağızlar taparsa, heç vaxt bunları heç bir məqsəd üçün istifadə etməz. Təhlükəsizlik səbəbi ilə, heç kim tibb müəssisələrinin yaxınlığında yerləşən zibil konteynerlərində eşələnməz . Zibil yığılan yerdə "araşdırmanı" bitirdikdən sonra, friqan, oranı hətta əvvəl olduğundan daha səliqəli şəkildə buraxacaqdır. Bu, hərəkat tərəfdarlarının fikirlərinə görə sonradan gələn “həmkarlarının” "işini" asanlaşdırır və bundan əlavə zibil yığılan yerin sahibi bu cür ziyarətçiləri daha çox dəstəkləyir və onları nahaq yerə qovmur.

Hərəkat, daha çox tərəfdaşı yalnız adi vətəndaşlar arasından qazanmır. Belə ki, Fransada Makron qanunu adlanan yeni bir qanun meydana çıxıb. Qanuna görə, sahəsi dörd yüz kvadratmetrdən çox olan mağazalar, müddəti bitməmiş, lakin satışdan çıxarılan qida məhsullarını ehtiyacı olan insanlara və ya xeyriyyəçi təşkilatlara vermək məcburiyyətindədir. Ədalət naminə əlavə etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında zibil qablarında eşələnmək, oradan yemək və əşyalar çıxarmaq qadağandır. Cəmiyyət çox vaxt friqanların bu cür davranışlarından sadəcə sarsılır və qanunların köməyi ilə bu cür insanlardan təcrid olunmağa çalışırlar.

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR