Slimfit
  1. BİOQRAFİYA

Frensis Bekon

Frensis Bekon
Sakura

Frensis Bekon - ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi

Bekon - filosof

1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur.

Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı. Bu metod hal-hazırda Bekon metodu adlanır. Bu metoda görə induksiya təcrübə və müşahidə vasitəsilə ətraf mühitdən bilik və hipotezlərin təsdiqini əldə edir. Qeyd etmək lazımdır ki, bu metoddan o dövrün alkimyaçıları da istifadə edirdilər. Bekon elmin problemlərinə münasibətini 1620-ci ildə dərc edilmiş "Yeni orqanon" əsərində ortaya qoyur.

Bekon-elmin müdafiəçisidir

Bekon elmin üstünlüklərini mübahisəsis həqiqət sayırdı. Ona hal-hazırda məşhur olan " Elm-qüvvədir" və " Bilik - özü-özlüyündə qüvvədir" kəlamları məxsusdur "Knowledge itself is power". Bekonun başlıca əsərləri "Yeni orqanon", "Yeni Atlantida" və "Təcrübələr" adlanırdı. Bekona görə fəlsəfənin əsasında üç predmet durur: Allah, ruh və insan. Allah və ruh dərkedilməzdir.Yalnız insan bədənini dərk etmək olar. Bekonun dövründə elmə hücumlar çox qüvvətli idi. Bekon bu qənaətə gəlir ki, bəzi teoloqların qeyd etdiyi kimi Allah təbiəti dərk etməyi qadağan etməyib. Əksinə o insana dünyanı dərk etmək üçün ağıl veribdir. Onun fikrincə, insanlar başa düşməlidirlər ki, iki dərketmə halı var : 1) ədalət və pisliyin dərk edilməsi, 2) Allahın yaratdığı mühitin dərk edilməsi.

O bildirir ki, ədalət və pisliyin dərk edilməsi insanlara qadağan edilib. Bu insanlara Allah tərəfindən Bibliya vasitəsi ilə verilir. Ancaq yaradılmış ətrafı insan ağlı vasitəsi ilə edə bilər. Ona görə də elm "insan şahlığında" öz layiqli yerini tutmalıdır. Elmin vəzifəsi insanın qüvvəsini və gücünü artırmaq və ona təmin edilmiş və layiqli həyat təmin etməkdir. Bekon dinin toxunulmaz olub elmdən kənar durmasını tövsiyə edirdi.

Dərketmə metodu

Bekon elmin zəifliyini göstərərək bildirirdi ki, indiyə qədərki elmi kəşflər sistematik yox, təsadüfü edilmişdir. Tədqiqatçılar düzgün metodla silahlanmalıdırlar. Metod - tədqiqatların ən düzgün yoludur. Hətta topal düzgün yolla gedərsə, sağlam adamı belə ötüb keçə bilər.

Elmi dərketmənin əsasında Bekona görə induksiya və eksperiment durmalıdır. Bekon təkidlə bildirirdi ki, həqiqət və əsl bilik təcrübədən yaranır. Bu fəlsəfi metod elmdə hal-hazırda empirizm adlanır. Böyük filosof həm bu metodun yaradıcısı olmuş, həm də onu daima tətbiq etmişdir.

Ədəbiyyat

  • Городенский Н. Франциск Бэкон, его учение о методе и энциклопедия наук. Сергиев Посад, 1915.
  • Иванцов Н. А. Франциск Бэкон и его историческое значение.// Вопросы философии и психологии. Кн. 49. С. 560—599.
  • Либих Ю. Ф. Бэкон Веруламский и метод естествознания. СПб., 1866.
  • Литвинова Е. Ф. Ф. Бэкон. Его жизнь, научные труды и общественная деятельность. СПб., 1891.
  • Путилов С. Тайны "Новой Атлантиды" Ф. Бэкона // Наш современник.1993.№ 2. С.171-176.
  • Сапрыкин Д.Л. Regnum Hominis. (Имперский проект Френсиса Бэкона). М.: Индрик. 2001
  • Субботин А. Л. Шекспир и Бэкон // Вопросы философии.1964.№ 2.
  • Субботин А. Л. Фрэнсис Бэкон. М.: Мысль, 1974.-175 с.
  • Material originally from the 1911 Schaff-Herzog Encyclopedia of Religion.
  • Material originally from the 1912 Schaff-Herzog Encyclopedia of Religion.
  • Benjamin Farrington, The Philosophy of Francis Bacon (Chicago: Univ. of Chicago Press, 1964). Contains English translations of
    • Temporis Partus Masculus
    • Cogitata et Visa
    • Redargutio Philosphiarum
  • James Spedding, Robert Leslie Ellis, Douglas Denon Heath, The Works of Francis Bacon, Baron of Verulam, Viscount St Albans and Lord High Chancellor of England 15 vols (London, 1857-74).
  • Əlisa Nicat. Dünya fəlsəfi irsindən nümunələr. Bakı,1991. səh.67-68.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR