Slimfit
  1. SİYASƏT

Fransız nazirə Bakıda bu xəbərdarlıq ediləcək… - Şərh

Fransız nazirə Bakıda bu xəbərdarlıq ediləcək… - Şərh
Sakura

Fransız nazirə Bakıda bu xəbərdarlıq ediləcək… - Şərh

Fransa lideri Emmanuel Makron prezidentliyinin artıq ikinci müddətini davam etdirməsinə baxmayaraq, bir dəfə də Azərbaycana səfər etməyib. Əvəzində isə iki dəfə Ermənistanda olub.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq xatırladıb ki, Fransanın Makrondan əvvəlki prezidentləri İrəvana gedəndə Bakıya da gəlirdi və beləliklə onlar Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı:

“Makron prezident seçilikdən sonra balansı Ermənistanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı. Belə olan halda Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanla yanaşı Azərbaycana səfərə gəlmək qərarını necə izah etmək olar? Görünür, Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır. Makron məhz bu məqsədlə nazirini İrəvanla yanaşı Bakıya da göndərib. Bizim üçün vacibdir ki, Paris bizi də eşitsin, reallıqları dinləsin. Onu da nəzərə almalıyıq ki, Fransa Avropa Birliyinin iki aparıcı ölkəsindən biridir. Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var.
Fransa xarici işlər nazirinə Bakıda o da deyiləcək ki, Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir. Bu olmayınca, Fransa kənarda qalacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR