Slimfit
  1. MƏDƏNİYYƏT

Fransız musiqiçi: "Balabanı ilk dəfə Parisdə Alim Qasımovun konsertində eşitmişəm"

Fransız musiqiçi: "Balabanı ilk dəfə Parisdə Alim Qasımovun konsertində eşitmişəm"
Sakura

Fransız musiqiçi: "Balabanı ilk dəfə Parisdə Alim Qasımovun konsertində eşitmişəm"

Fransalı fleyta ifaçısı Silven Baru balabanın izi ilə Bakıya gəlib

Məşhur fransalı fleyta ifaçısı Silven Baru Azərbaycan musiqi aləti balabanda ifa etməyi öyrənmək üçün Bakıya gəlib.

Bunu Sputnik Azərbaycan-a musiqiçi özü deyib. Onun sözlərinə görə, artıq 30 ildir, musiqi ilə məşğul olur. Bu işə başlayarkən əsasən kelt musiqilərini ifa edib. Sonra musiqiçi qastrollara çıxdıqca digər janr və stillərdəki musiqi ilə də maraqlanmağa başlayıb. Türk, İran və kürd musiqilərini ifa etmək onun çox xoşuna gəlir. Bütün bunlar ona öz stilini formalaşdırmaqda kömək edib.

Onun ifa etdiyi əsas musiqi aləti fleytadır. Lakin artıq 6 ildir, balabanda da ifa edir. Baru ilk dəfə bu musiqi alətini Azərbaycanın xalq artisti Alim Qasımovun Parisdə keçirilən konserti zamanı dinləyib.

 

"Alim Qasımovun çıxışı və onun ansamblındakı musiqiçinin balabandakı ifası mənim çox xoşuma gəldi. Fransada bir çox ermənilər bu alətdə ifa edirlər, amma onu "düdük" adlandırırlar. Onların ifa tərzi tamamilə başqadır. Balabanın vətəni Azərbaycan olduğu üçün onda mükəmməl ifa etməyi öyrənmək məqsədilə məhz buraya gəlməyə qərar verdim", - Baru deyib.

S.Baru Azərbaycan musiqisini hədsiz dərəcədə sevir və deyir ki, bu, xarici musiqilərdən çox fərqlənir. Azərbaycanda qeyri-adi musiqi alətləri, kompozisiyalar var. Barunun dediyinə görə, Azərbaycan musiqisi o qədər dərindir ki, onu yaxından öyrənmək üçün illərlə vaxt lazımdır.

"Mən çox şadam ki, məşhur xanəndə, Azərbaycanın əməkdar artisti Qoçaq Əsgərovla tanışlıq şərəfinə nail olmuşam. Məhz o mənə Azərbaycan musiqisini öyrənməyə yardım edir. Qoçaq peşəkar ifaçıdır. Ona görə də düşünürəm ki, hələlik Bakıda öyrənəcəyim çox şey var. Mən ölkənizdə uzun müddət qalmağı çox istəyərdim, amma təəssüf ki, başqa işlərim də gözləyir", - deyə Baru bildirib.

Bakıda olarkən musiqiçi Qoçaq Əsgərovla birlikdə Azərbaycan kanallarındakı bir sıra verilişlərə qatılıb, onunla birlikdə xalq mahnılarımızı və muğamları ifa edib. Tamaşaçılar onların ifasından razı qalıblar. Bunu onun poçtuna gələn mesajlar da təsdiqləyir. Baru deyib ki, Azərbaycan musiqisini dünyaya tanıtmaq niyyətindədir:

"Qoçaqla əməkdaşlığı davam etdirməyi və onunla birgə layihələrdə xarici ölkələrdə çıxış etməyi çox istəyirəm. Mən Azərbaycan musiqisini bütün dünyada təbliğ etmək üçün bütün konsertlərimdə balaban ifa etməyi qarşıma məqsəd qoymuşam. Dünya sizin musiqinin nə qədər zəngin, gözəl və unikal olduğunu bilməlidir".

Musiqiçi gələcək planlarını açıqlamayıb, amma Bakıya tez-tez gəlmək niyyətində olduğunu gizlətməyib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR