Slimfit
  1. DÜNYA

Fransız milyarder “100” həddinə çatır: Tezliklə dünyanın ən varlısı ola bilər

Fransız milyarder “100” həddinə çatır: Tezliklə dünyanın ən varlısı ola bilər
Sakura

Fransız milyarder “100” həddinə çatır: Tezliklə dünyanın ən varlısı ola bilər

Dünyanın ən varlı adamı sayılan Ceff Bezos bu gedişlə mövqeyini əldən verəcək. İl “Amazon” şirkətinin rəhbəri üçün yaxşı keçmir. Həyat yoldaşı Makkenzidən ayrılmaq ona 35 milyard dollara başa gəlmişdi. Üstəlik, sərvəti də azalır.

Bizimyol.info xəbər verir ki, indi Bezosun 117 milyard dolları var. Amerikalı iş adamı həyat yoldaşına çatan məbləğdən başqa, son bir ildə daha 8 milyard 250 milyon dollar itirib.

Bu minvalla ilk pilləni Bernar Arno ələ keçirəcək. Fransız milyarder dayanmadan sərvətini artırır. “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti son bir ildə 28,9 milyard dollar qazanıb. İndi onun 97,5 milyard dolları var. Belə görünür ki, Arno yaxınlarda “100” həddini aşacaq. Onun ilin sonuna qədər birinci yeri ələ keçirməsi də mümkündür.

Arno dünyanın ən varlı insanlarının siyahısında təkcə Bezosdan yox, Bill Qeytsdən də geri qalır. “Microsoft”un rəhbərinin sərvəti 105 milyard dollardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR