Dərc edildi: Baxış sayı: 349
Fransız iş adamı dünyanın ən varlı insanı olub
Sərvətini 4 ay ərzində 15 milyard dollar artıran Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault ABŞ-ın “Amazon” şirkətinin rəhbəri Cef Bezosu qabaqlayaraq dünyanın ən varlı insanı olub.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, fond birjalarında “Amazon”un səhmləri 0,7% ucuzlaşıb, LVMH-ın səhmləri isə 0,7% bahalaşıb. Bununla da fransız iş adamı dünyanın ən zəngin insanına çevrilib. Belə ki, C.Bezosun şəxsi sərvəti 760 milyon dollar azalaraq 115,6 milyard dollara düşüb, B.Arnaultun şəxsi sərvəti isə 1,9 milyard dollar artaraq 117 milyard dollara çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət