Slimfit
  1. MƏDƏNİYYƏT

Fransız əsilli Azərbaycan rəssamı - "Bizim karifeylər"dən Vidadi Nərimanbəyov

Fransız əsilli Azərbaycan rəssamı - "Bizim karifeylər"dən Vidadi Nərimanbəyov
Sakura

Fransız əsilli Azərbaycan rəssamı - "Bizim karifeylər"dən Vidadi Nərimanbəyov

Azərbaycan Respublikasının xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünya şöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransada anadan olub.

Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu dahi rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.

Yenicag.ru Rüstəm Qasımovun “Bizim karifeylər” adlı müəllif layihəsində görkəmli rəssamın həyat və yaradıcılığından bəhs edib, oxuculara Nərimanbəyov şəxsiyyətini daha yaxından tanıtmağa çalışıb, onun barəsində yaxınlarının dilə gətirdiyi şəxsi xatirələrini geniş kütləyə çatdırıb.

Azərbaycan rəssamı, kinorejissor, filosof, tənqidçi Teymur Daimi Nərimanbəyovun Azərbaycan incəsənət tarixində rəsmi üslubun istedadlı nümayəndəsi kimi qaldığını qeyd edib.

Vidadi Nərimanbəyovun özü kimi rəssam olan qızı Nigar Nərimanbəyova isə atasının planet masştablı rəssam olduğunu bildirib. Onun sözlərinə görə, dahi rəssam öz əsərlərilə Vətənə sevgini, vətənpərvərliyi, öz torpaqları üçün canını fəda etmək kimi ali hissi kosmik yüksəkliklərə qaldırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR