Dərc edildi: Baxış sayı: 491
Fransanın yeni səfiri Azərbaycana sentyabrın sonlarında gələcək
Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zaxary Qross sentyabrın sonlarında Bakıya gələcək.
"Report"un məlumatına görə, Z.Qross etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, Z.Qross bu vəzifədə Oreliya Buşeni əvəz edəcək.
O, daha əvvəl Fransanın xarici işlər üzrə baş müşaviri vəzifəsində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət