Dərc edildi: Baxış sayı: 241
Fransanın “yardımı”na Rusiyadan reaksiya
Moskva Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan, onları təkrarlamayan və ya xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Digər tərəfdən, Fransanın bu sahədəki fəaliyyəti hamıya məlumdur. Belə vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin - həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Və bu olmadan, artıq kifayət qədər qızdırılmış vəziyyətdə hər hansı bir irəliləyişə inanmağa dəyməz”, - Zaxarova bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət