Slimfit
  1. SİYASƏT

Fransanın Azərbaycana qarşı təxribatı - Makron imicini bərpa etməyə çalışır

Fransanın Azərbaycana qarşı təxribatı - Makron imicini bərpa etməyə çalışır
Sakura

Fransanın Azərbaycana qarşı təxribatı - Makron imicini bərpa etməyə çalışır

Əgər 30 il əvvəl Qarabağda separatçılığın baş verməsində SSRİ hakimiyəti rol oynamışdısa, bu gün Qorboçovun davamçısı rolunu Fransa prezidenti Emmanuel Makron ifadə edir. Onlar arasında oxşarlıqda var. Necə ki, Qorboçov və ailəsi ermənilərin müxtəlif nümayəndələrinə yaxın idilər, mütəmadi olaraq erməni diasporasından çox ciddi məbləğlərdə rüşvət, hədiyyələr alırdılar, bu gün Makronun da Fransadakı erməni diasporasının əlində oyuncağa çevrildiyini, çox böyük məbləğlərdə rüşvət, hədiyyələr almasını qeyd edə bilərik.

Ens.Az-ın məlumatına görə,bunu Trend-in suallarını cavablandırarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"Əgər belə olmasa idi, bu gün E.Makron N.Paşinyandan da irəli gedərək, az qala daxili auditoriyada belə erməni məsələsini ortaya atmazdı. Bu, həm də onunla bağlıdır ki, Fransa başa düşür ki, Afrika və Yaxın Şərqin itirilməsindən sonra onsuz da ona aid olmayan Avrasiyanıın orta xəttində də vəziyyəti qəlizləşir və Fransaya rəqib olan geosiyasi qüvvələr öz mövqelərini gücləndirməkdə davam edirlər.

Makron dünyanın heç bir yerində - Azərbaycanda da, hətta Fransa cəmiyyətində belə ciddi qəbul edilmir. Qarabağdakı separatçılar ümidləri boşa çıxdıqdan sonra başa düşürlər ki,Azərbaycanın şərtini yerinə yetirmək lazımdır. Məhz Qarabağın dağlıq hissəsinə ilk yük avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə getməlidir.

Ermənistan və onun arxasında duranlar buna qarşı çıxırdılar. Ümid edirdilər ki, BMT TŞ və ayrı qurumlarda kimsə onlara kömək edəcək və istəklərinə çatacaqlar. Lakin Azərbaycan bir daha sübut etdi ki, suveren siyasət aparır və hər kəslə bərabərhüquqlu yanaşma tələb edir. Beynəlxalq aləm başa düşdü ki, onların nə deməsindən asılı olmayaraq, ilk növbədə Bakının istəkləri həllini tapmalıdır.

Azərbaycan kiminsə qarşısında əyilən, diktəsini qəbul edən deyil. Fransa da bunun əyani şahidi oldu. Əgər qarşıdakı günlərdə Fransa öz təxribatını yenə də davam etdirəcəksə, birmənal şəkildə başa düşsün ki, məğlub olacaq. Onsuz da olmayan imici yerlə-yeksan olacaq", - deyə Z.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən gün Fransa prezidenti Emmanuel Makron səfirlər konfransı zamanı bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirlər səsləndirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR