Slimfit
  1. AZƏRBAYCAN

Fransalı yazıçı: "Azərbaycan haqqında yazılan tənqidlərin heç bir əsası yoxdur"

Fransalı yazıçı: "Azərbaycan haqqında yazılan tənqidlərin heç bir əsası yoxdur"
Sakura

"Mən Azərbaycana münasibətdə əsassız tənqidlər və təzyiqlərə yol verən fransalı jurnalistlərə və siyasətçilərə…

Bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında fransalı yazıçı-publisist Jan-Lui Quro bildirib. 

"Mənim Azərbaycanla bağlı son kitabım Qarabağ atları haqqındadır. Azərbaycana dair daha iki mövzuda -Azərbaycan qadınları və Azərbaycanda müxtəlif etnik qruplara və dinlərə məxsus insanların birgə həyat tərzinə, milli və dini tolerantlıq mövzularına dair kitab yazacam. Bu mövzularda deyiləcək sözüm çoxdur. Mənim Azərbaycan xalqına sevgim və hörmətim hədsizdir. Azərbaycan xalqı güclü siyasi və intellektual potensiala malikdir. Bunu da çox yüksək dəyərləndirirəm", - o qeyd edib.

Jan-Lui Quro deyib ki, Azərbaycan çox mürəkkəb geosiyasi regionda yerləşdiyindən bir sıra mühüm problemlərlə üzləşib: "Bununla belə, Azərbaycan qonşu dövlətlərlə yaxşı münasibətlərdə olmağa can atır və bu da uğurlu siyasətinin tərkib hissələrindəndir. Mən Azərbaycana münasibətdə əsassız tənqidlər və təzyiqlərə yol verən fransalı jurnalistlərə və siyasətçilərə qarşı çox qəzəbliyəm. Azərbaycana qarşı yazılan tənqidlərin heç bir əsası yoxdur. Fransada Azərbaycana qarşı işıq üzü görən tənqidi və qərəzli yazıları qəti şəkildə pisləyirəm. Mən hər zaman öz soydaşlarımı Azərbaycana qarşı qərəzli mövqelərini tərk etməyə, əbəs tənqidlərə yol verməməyə dəvət etmişəm".

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif ideologiyaya xidmət edən demokratik təsisatların fəaliyyəti cəmiyyət sağlam inkişafından xəbər verir: "Azərbaycana təzyiq göstərməyə cəhd göstərən şəxsləri Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdəki vəziyyətlə yaxından tanış olmağa dəvət edirəm. Mən Azərbaycan cəmiyyətində qadınların rolunu yüksək qiymətləndirirəm. Bakıda olanda müşahidə etmişəm ki, bir sıra müsəlman ölkələrindən gəlmiş turist qadınlar qara örtüklərə büründükləri halda, Azərbaycan qadınları özlərinin eleqant geyimləri, üzlərindəki şən təbəssümlərilə bu füsunkar məkana möhtəşəmlik verirlər. Biz Azərbaycanı gənc bir ölkə kimi hər zaman dəstəkləməliyik. Mən Bakı şəhərini çox sevirəm. Bu şəhərdə qədim Osmanlı və müasir arxitektur üslublar mövcuddur, hər ikisi də bir-birini tamamlayır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR